Yoga özünü tanımaq, varlığını hiss etməq və bütün bədənini, bütün əzələlərini idarə etməyi bacarmaqdır.
Yoga etməmək bəhanələri hansılarki əslində elə bu gün başlamağın üçün səbəblərdir.
- Bədənim elastik deyil
Bu bilirsən nəyə oxşayır? Mən “ingilis dilini öyrənmək istəmirəm, çünki o dildə danışa bilmirəm. Sən məşq etdikcə bədəninin elastikliyi artacaq.
- Bu idman deyil.
Əgər düşünürsənsə yoga sənin əzələrini işlətməyəcək, bədənindəki artıq yağları atmağa kömək etməyəcək deməli heç vaxt yoga dərsində olmamısan. Öz təcrübəmdən deyə bilərəmki, qol və ayaq əzələlərim ilk dərsdən sonra heç bir idman zalında ağrımayan qədər ağrıdı. Ağrı isə proqressdir. Amma əsas məqsədin arıqlamaq yox, stressden uzaq bir düşüncə-bədən birliyi olmalıdır. Artıq çəkilərin əmələ gəlməsinin bir səbəbi də stressdir.
- Bu qadınlar üçündür
Əslində kişilər daha az elastic olduqları üçün yogaya ehtiyacları daha çoxdur. Elastik bədən qan dövranının daha düzgün olduğu, əzələ tutulmalarının daha az olduğu bir bədəndir. Yoga stressiz və depresyasız bir həyatdır. Tez yaşlanmanın qarşısını alır, duruşunu düzləşdirir və səni daha xoşbəxt edir.
- Faydasını görmədim
Neçənci dərsdən sonra? Birinci ? Uşaq ayaqlarını yerə qoyan kimi gəzmir. Biraz yıxılır, biraz iməkləyir, sonra bir neçə addım atır bir yerdən tutur, belə blə gəzməyi öyrənir.
- Çox bahalıdır
Tək ehtiyacın olar yoga matı və internetdir. Ardıcıllığı öyrəndikdən sonra evddə hər gün özün edə bilərsən. Təbii ki , grup halında, müəllim nəzarətində öyrənmək daha maraqlı və effektivdir. Bunu sağlamlığa edilən bir yatırım kimi gör.
- Artıq çəkim var, arıq deyiləm.
Axı bunun daxili sakitlik, özünü tanımaq və bədənini idarə etmək ilə nə əlaqəsi var. Mən arıqam, bir ildir ki, yoga həyatımın bir parçasıdır, amma Jessamyn Stanley və Valeri Sagun kimi yoginilərin etdiyi hərkətlərin əksəriyyətini edə bilmirəm.
Yoganın bir çox növü var. Özünə uyğununu tap və elə bu gün başla !
Bakıda yoga mərkəzləri
Yoga Sashi
117C, 96 A Mərdanov Qardaşları, Bakı. Ritz Plaza 4-cü mərtəbə.
(050) -444-78-10
(012)- 404-78-10
Ayda 8 dərs 80 manat
Ayda 12 dərs 100 manat
Yoganın bir çox növü var
Fly yoga (tavandan asılan parçalarla) –ayda 8 dərs 120 manat, 12 dərs 150 manat.
Tək dərsi 20 manat
Fly Yoga Baku
(050) 300-71-29
Xətaidə Ali məhkəmənin arxasında
Ayda 8 dəfə 110 manat
Rus Səfirliyinin yanında
Ayda 8 dəfə 120 manat
Tək dərs 20 manat
The Club Port Baku
Port Baku
(012)-499-89-09
Ayliq 400
İdman zalindaki butun derslerden istifade ede bilərsiniz
Tək günü 35 manat
Yoga With İra Berezina
Hər şənbə günü saat 18:30-da YARAT mərkəzində
Bayraq meydanı yaxınlığında
Dərslər pulsuzdur
Yarat mərkəzinə gəlsən xəbər ver görüşək !