Orqanizmimizin normal fəaliyyəti üçün yemək,su,oksigenlə yanaşı yuxu da ən önəmli faktordur.Yuxu özünü yaxşı hiss etməyin həyati göstəricilərindəndir.Günümüzün əsasən 1/3 hissəsini yuxuya sərf edirik.Xüsusilə də normal gecə yuxusu çox vacibdir.Lakin yuxu müddəti individual olaraq dəyişir.Bəziləri bunu 8 saatdan daha çox həyata keçirir,bəziləri isə 8 saatdan daha az yata bilir.Kofe,enerji içkiləri,zəngli saatlar,kənar işıqlar-hansı ki elekronika cihazlarından daxil olur bizim təbii yuxu periodumuza əngəllər törədir.Yaş ötdükcə insanın yuxu rejimi,onun sağlamlığına təsir şəkli də dəyişir.Nə qədər yuxuya ehtiyacınız olduğunu müəyyənləşdirin.İş qrafikinizin, stresin və digər amillərin yuxunuzun kəmiyyətinə və keyfiyyətinə təsirini diqqətdə saxlayın.
Araşdırmalara əsaslanan yuxu norması:
- 0-3 ay (gün ərzində 14-17 saat)
- 4-11 ay(12-15 saat)
- 1-2 yaş(11-14 saat)
- 3-5 yaş (10-13 saat)
- 6-13 yaş(9-11 saat)
- 14-17 yaş(8-10 saat)
- 18-25 yaş(7-9 saat)
- 26-64 yaş(7-9 saat)
- 65+ yaş(7-8 saat)
Sağlam yuxu vərdişinə keçmək həyatınızda nəzərə çarpacaq dərəcədə fərq hiss etdirəcək.Bunu nə qədər istəsə də reallaşdırmaqda çətinlik çəkən şəxslərə bəzi tövsiyyələrimiz olacaq:)
1.Yatmaq və oyanmaq vaxtınızı qeyd edəcəyiniz yuxu cədvəli qurun.Bu,sizin bədən saatınızı tənzimləməyə,eyni zamanda gecə boyunca normal yuxu rejimində olmanıza kömək olacaq;
2.Rahatladıcı yatmaq ritualı edin.Gün boyu baş verən stresli hallar sizin gecə yuxunuza da təsirsiz ötüşmür.Qan dövranında,tənəffüs sistemində mənfi effekt yaradan stresin qarşısını almaq üçün istirahət etmək,beyninizi,bədəninizi dincəltməyiniz lazımdır;
3.Gecə yatmaqla bağlı probleminiz varsa gün boyu,özəlliklə də günortalar mürgüləmələrdən qaçının;
4.Gündəlik müxtəlif idman hərəkətləri ilə məşğul olun;
5.Otağınızı normal şəraitə gətirin.Belə ki 15-20 dərəcə selsi yatmaq üçün ən optimal temperaturdur.Eyni zamanda sizin yataq otağınız sizi narahat edə biləcək hər hansı kənar səslərdən,işıqlardan uzaq olmalıdır;
6.Nəhayət,yatarkən rahat döşək və yastıqdan istifadə edin və bundan əmin olun.Onları seçərkən allergik təsirin olub olmamasını mütləq nəzərə alın.
Yuxunuz şirin olsun..