Başa düşürəm ki, sağlam həyata keçmək heç də asan deyil, hələ sən həmişə məşğulsansa. Gündə eləməyə 28 saatlıq işin olanda necə keçə bilərsən axi?! Amma sən güclüsən və bu maneənin sənin qarşını almasına icazə vermək istəmirsənsə bu məsləhətlərə qulaq ver.
1. Yeməklərinin planını qur
Həftəsonları sadəcə yeyib yatmaq üçün deyil. Özünə vaxt ayır və 1 həftəlik sağlam qidalarının siyahısını qur. Köməyinə çatacaqsa gündəlik al. Bu, bir saatdan çox çəkməyəcək. Salatları hazırlayıb bankalarda soyuducuda saxlaya bilərsən. Beləliklə, sən əvvəlcədən nə yeyəcəyini biləcəksən ve ac qarnına yemək qərarları verməyəcəksən. Mən də ac qarnına marketə girib o “heç sevmədiyim” cipsiləri alıb yemişəm.
2. İşdə ya da tənəffüslərdə gəz
Gəzmək həmişə faydalıdır və xüsusi plan ya da əziyyətə ehtiyac duymur. Əgər işin səni stulda oturmağa məcbur edirsə, hər bir saatda 5 dəqiqə ofisdə gəzməyə çalış. Yeni fikirlərə açıq bir şirkətdə işləyirsənsə, standart oturub edilən görüşləri gəzib edilənlərə çevirməyi təklif et. Hədəfin gündə 10,000 addım olsun (texmini 7 km). Tebii ki, sən durmadan 7 km gəzməməlisən. Gün ərzində toplamı bu qədər olsa kifayətdir. Telefonunu yanından ayırmamaq üçün daha bir səbəb.
3. Yuxunu al
O 28 saatlıq işini bir günə həll etmək üçün yuxunu fəda etmə. 7-8 saatlıq yuxunu mütləq al. Bu səni daha gümrah edəcək, beləcə gün içində də işlərini daha enerjili görəcəksən. Yuxudan əvvəl televizorda nə baş verdiyinə, facebookdakı statuslara, instagramdakı şəkillərə baxmağın nə qədər cazibədar olduğunu mən də bilirəm. Amma söndür. Çünki televizorun və telefonun işıqlarının cazibəsi sənin yuxu rejimini poza bilər. Kitab oxu, şəkil rənglə, təki elektrikli cihazlardan istifadə etmə.
4. Bol-bol tərəvəz ye
Tərəvəzlər bədənimizin sevdiyi maddələrlə zəngindir, kalorisi azdır ve səni tox tutmağa qadirdir. Xeyr, pizza ve kartof qızartması sayılmır. Əgər yemək bişirib özünlə işə ya dərsə aparmağa vaxtın olmadığına özünü inandırmısansa heç olmasa restoranda salat və ya sup sifariş elə. Toyuğun yanına terevez qızart, atışdırmaq istəyəndə kök ye. Chia puding et və üstüne meyvə doğra. Ispanaq, alma, xiyar qarışımından çox dadlı ve vitaminli detox suyu eldə etmək olar. Nümunə üçün instagramda bizi izlə. Sağlam həyat tərzi xırda addımlarla başlayır.
5. Su iç, bütün gün, hər gün
Su icmək enerjini artırır (redbulldan daha çox), artıq çəkiləri azaltmağa kömək edir və bədəndə yığılan toksinləri xaric edir. Su içməmək bəhanən nədir? Özünə gözəl və keyfiyyətli su butulkası al. Mənim sevimlim SuCo’dur. Getdiyin hər yerə onu götür. Saat, qolbaq kimi bir aksesuara çevrilsin sənin üçün. Su içmək dadsız gəlirsə suyunun içinə xiyar, nanə, çiyələk ve ya limon əlavə et. Gündə təxmini 2 litr su içməyə çalış.
6. Yatmaqdan qabaq meditasiya et
Və ya oyananda. Əsas gündə 5-10 dəqiqə rahatlamağa və bütün diqqətini özünə cəmləməyə çalış. Gün ərzində nələr əldə etmək istədiyini, qarşılaşa biləcəyin çətinliyi necə aradan qaldıracağını fikirləş. Qarşıdan gələn toya nə geyinib, saçını necə edəcəyini də fikirləşə bilərsən. Meditasiya səni emosional olaraq sağlam edir.
7. Hər həftə ən az 75 dəqiqə idman et
Günde 10-15 dəqiqə idman bunun üçün kifayətdir. Heç zala da getmə. Evdə istifadə etməyə ağırlıq al, bir gün ayaq idmanı, bir gün qarın, bir gün isə sadəcə ‘cardio’ et. Nə qədər məşğul olursansa ol, fiziki sağlamlığın üçün minimum idmanı həyatının bir parçası halına çevir.
Sağlamlığını heç vaxt ikinci (bəzən iyirminci) plana atma. O birinci olmağa layiqdir!