Bəs o qarın necə gedəcək ?

İlk olaraq yadda saxlamalısan ki, sən artıq çəkiləri 1 günə yığmamısan, eləcə də 1 günə onlardan qurtula bilməzsən. Qarın və bel bölgəsindəki yağlar mətbəxdə əriyir, amma, bu o demək deyil ki, sən idman etməməlisən. Pəhriz ac qalmaq deyil, hətta bəzən daha çox yeməkdir. Çox sadə dillə desək, sən idman edirsən ki, artıq çəkilər getsin. Onların yerinə də bədənə faydalı vitaminlər, liflər və zülallar qəbul etməlisən ki, bədən özünü bərpa etsin və sağlam şəkildə arıqlayasan. Unutma – məqsəd arıqlamaq yox sağlamlıqdır.

Düz, əzələli bir qarın sadəcə manikenlərdə əmələ gəlmir, və həmişə photoshop deyil. Bunu Azərbaycandan kənarda etdiyim səyahətlərdə öyrəndim.

Düzgün qidalan. Sağlam pəhriz tutmaq ilk addımdır. Bütün gün içində yeyəcəyin yeməkləri bir boşqabın içində təsəvvür elə və o boşqabı düzgün böl. Elə et ki, orda həm liflər, həm zülallar, həm karbonhidratlar, həm də yağlar olsun. Yağdan yox, qızardılmış yağdan qorx. Zeytun yağını salatlarına əlavə edə bilərsən. Əlavə edilmiş şəkər görən kimi arxana baxmadan qaç. Pəhrizə baslamadan öncə 2-3 gün detoks qidalan. Yəni gün içində ancaq meyvə və tərəvəz ye, arada bir neçe badamdan da zərər gəlməz. Sonuncu gün axşam yeməyində də özünü gözəl (sağlam) bir yemək ilə mükafatlandır.

O ürək döyünsün. İngilislər demişkən cardio. Qaç, velosiped sür, yerində hoppan düş, intensivliyi yüksək olan hərəkətlər et. Ürəyin döyünsün, qan dövranın sürətlənsin. Nəticə olaraq maddələr mübadiləsi də sürətlənir. Beləcə, artıq yağlar daha sürətli əriyir. Xeyr, daha sürətli deyəndə 1 günə nəzərdə tutmurdum. Mənim sevimlim; burpees.

burpees2

 

Qarın bölgəsinə təsir edən idmanlar.

Bunlar sadəcə nümunədir. Yaradıcılığı istifadə edərək daha nələr nələr edə bilərsən.

 

 

Özün üçün ardıcıllıq qur. Bütün qarın hərəkətlərini o ardıcıllığa yazmalı deyilsən. Məsələn, ilk olaraq 3 dəst 10 təkrar edə bilərsən. Yəni hər hərəkəti 10 dəfə təkrar et, bütün hərəkətlər bitdikdə əvvələ qayıt və 3 dəfə bu prosesi təkrar et. Ağrı varsa hər şey yaxşıdır. Hər gün arxa arxaya qarın hərəkətləri etmə. Ən az 48 saat keçməlidir. Bir müddət sonra hərəkətləri dəyişdir ki, sıxılmayasan. 1 kiloluq ağırlıqlar ala bilərsən. Körpə uşağın varsa yuxarıdakı hərəkəti onu qucağına alaraq et, o da əylənəcək. Geyimin önəmlidir. Üstünde mickey mouse ev paltarın səni daha da ruhlandırmayacaq.

Plank. 

İlk dəfə edirsənsə 30 saniyə ilə başla və bir neçə dəfədən sonra 1 dəqiqə etməyə çalış. İdman siyahını nə qədər dəyişdirsən də bu hərəkəti dəyişmə.

plank-yazida

Sabahı gözləmə ! Elə bu gündən başla !

 

 

Bəs o qarın necə gedəcək ?” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma