Squat ayaq əzələlərinin daha güclü, daha sağlam edən idman hərəkətidir. Ayaqların arıqlasın, güclənsin, düzgün əzələli formada olsun istəyirsənsə squat et. Azərbaycanca adı çömbəlməkdir, və yazıda mən squat istifadə edəcəm. Fitnesdə squatın vacibliyinin bəzi səbəbləri:
Bütün bədən əzələlərini inkişaf elətdirir. Squat bədəninin həm yuxarı həm də aşağı hissəsindəki əzələləri gücləndirir. Düzgün və daimi edildikdə böyümə hormonunu canlandırır, və başqa idman hərəkərlərinin də əzələ inkişafındakı rolunu artırır.
Gündəlik həyat işlərini asanlaşdırır. Fonksional idman hərəkətləri zaldakı bir çox alətlərin əksinə gündəlik həyatınızda da rol oynayır. Squat zamanı əzələ inkişafından başqa, bədəninə hakim olmağı və balansda qalmağı öyrənirsən. Bu bacarıqlar gün ərzində hərəkətlərin düzgün edir, əyiləndə, oturunda əyri hərəkətin qarşısını alaraq tutlmalardan, burxulmalardan səni xilas edir. Bel əzələləri aktiv olduğu üçün, işdə saatlarla oturmaq belini incitməyəcək.
Daha çox kalori yandır. Artıq çəkilərdən qurtulmağın bir yolu da əzələlərini artırmaqdır. Bəzən əzələli insanlara baxıb düşünürük ki, buna bax hər şey yeyir yenə də fitdir, deməli gendəndir. Xeyr, əzizim gendən deyil. Bədənini soba kimi düşün, əzələ alovun gücüdür, yağlarsa yemək. Alov artarsa yemək tez yanar, əzələ artarsa yağlar tez əriyər.
Bel, qarın və bütün bədən hərəkəti. Çox az sayda idman hərəkəti bu qədər əzələ işlədir. Ayaqda qan dövranını sürətləndirir, bu da selülitlərin yox olmasına gətirib çıxarır. Sağlamlığını da unutmur. Metabolizmanı sürətləndirir, insulin həssaslığını tənzimləyir, səni əmələ gələ biləcək çox çəkilikdən, və diabet xəstəliyindən qoruyur.
Hər yerdə squat edə bilərsən və heç bir avadanlığa ehtiyac yoxdur. Squat bədən ağırlığı ilə edilən idmanlardandır. Zala ehtiyac yoxdur, özünə vaxt ayır, squat pozasını al və başla. İrəli səviyələr üçün ağırlıq lazım olanda ala bilərsən yada evdəki ləvazimatlaı istifadə edı bilərsən. O toppuş 1 litrlik Erikli markalı su butulkalarına su ya da daş doldur.
Sağrı əzələlərini inkişaf elətdirir, formaya salır, dikləşdirir. Bütün paltarların və şalvarların içində formda görünmək yalan deyil. Fərqi hiss etmək üçün aylara ehtiyacın yoxdur. Mütəmadi olaraq squat et, sağlam qidalan və bir neçə həftənin içində dəyişikliyi görəcəksən.
Squat necə etməli
Normal squat üçün ayaqlarını çiyin enində aç və paralel olaraq tam yerə bas. Barmaq ucunda ya da daban üstündə qalma. Stula otururmuş kimi otur, amma diqqət et, dizlərin barmaq uclarını keçməsin. Özünü qabağa vermə. Ayağa duranda da dik dur. Afərin !
Bir gün qarın bir gün ayaq hərəkəti ya da hər gün squat edə bilərsən. Squatı 3 set 15 təkrar olaraq başlaya bilərsən. Mən ayaq günündə 200dən çox squat edirəm. Dayanmadan bir hərəki bu qədər təkrar etmək sıxıcı səslənir. Ona görə də squatın bir çox növü var.
İlk dəfə başlayanlar və çoxdandır etməyənlər üçün sabahdan intagramda 30 günlük squat məşq başladacayıq. Sən də qoşul !