Sən idman etmək, sağlam qidalanmaq istəyirsən, amma, hələ də nəsə alınmır hər dəfə planın pozulur. Elə isə diqqətlə oxu, səninlə ən təsirli hərəkəti paylaşıram.
Başını sağa, sonra isə sola çevir. Hərəkət çox asandır, amma yerində etmək lazımdır. Bunu sənə hər dəfə məşqdən qaçmağa bəhanə gətirən dostlara, qida rasinunda olmayan yeməklər təklif edən insanlara, hətta bəzən özünə et. Onda faydasını görəcəksən.
Bəli, bu hərəkət “yox” deməkdir. Sənə az da olsa mənfi təsiri olan təkliflərə yox de. Əsas da o dadlı görünən tərkibində şəkər, un və zərərli yağ olanlara. Həyatından təmamilə də çıxarda bilərsən. Amma bu sənə çətin gələcəksə özünə ayda 1-2 dəfə “cheat day” yəni “xəyanət günü” seç. saat 4-ə qədər də xəyanəti sonlandır və sadəcə yürüyüşə çıx. Bunu xəyanət etdiyin sağlam həyatın könlünü almaq kimi düşün və həmişə könlünü al. Çünki, sağlam həyat sənin yaxşılığın üçündür. O xırda qarın, o budunun yumuşaq iç tərəfi idman alətləri ilə yox, mətbəxdə gedəcək.
Həyatda seçdiyin yol çətindirsə bilki doğru yoldasan. Sən o hündür dağı aşmasan ən gözəl günəş mənzərəsi ilə qarşılaşa bilməzsən.