Dartınma (stretching) vacibdir

Əzələ yığıb, fit olmaq kifayət deyil. Elsatikliyinə də eyni diqqəti verməlisən. Müntəzəm dartınma müntəzəm idman etmək qədər əhəmiyyətlidir. Baxmayaraq ki, çox faydalıdır, çoxları idman rejiminin bu hissəsini heç etmir. Dartınmanın bəzi faydaları :

Bədən üçün

Günün çox vaxtı ya dərslərdə, ya işdə oturaraq keçir və bu müddətdə əzələlərimiz yığılması əyri oturmağa, gəzməyə gətirib çıxardır. Dartınma əzələləri elastik, güclü və sağlam edir, onları uzadır. Beləcə, əzələ zədələnmələrinin, burxulmaların qabağı alınır, gündəlik hərərkətləri düzgün və rahat edirsən. Qanın və qida maddələrinin əzələlərə çatdırılması artır, idman sonrası əmələ gələn əzələ ağrıları azalır.

Beyin üçün

10-15 dəqiqələk dartınma belə beyini sakitləşdirir, emosiyonal narahatlığı azaldır, özünü yenidən bərpa etməyə şans yaradır. Yoga və pilates kimi dərslər sənə fiziki və mənəvi təzyiqi üzərindən atmaq üçün imkan yaradır. Dartınma hərəkətləri ilə duruşun düzəlir, və bu da sinir sistemi, ürək və daxili orqanlar üçün vacibdir.

 

Etdiyin dartınmadan maksimal faydanı almaq üçün bəzi məsləhətlər:

İdmandan öncə dartınma

Dartınma hərəkətlərinin faydalı olması üçün əzələləlrin isti olmaslıdır. İdmandan öncə bədənini edəcəyin idman hərəkətlərinə hazırlayacaq isinmə hərəkətləri et. İdman zamanı əzələlərə qan getdiyi üçün dəyişimə daha əlverişli olurlar. Dartınma zamanı əzələ qrupunda gərilmə hiss etməlisən, ağrı yox. Əgər tək bir nöqtədə, məsələn dizdə ağrı hiss etsən hərəkəti durdur. Bunun səbəbi ya düzgün etməməyin ya da bədənin hazır oladuğundan daha çox dartınmasına məcbur etməyin ola bilər.

Ən çox ehtiyacı olan əzələ qrupuna diqqət yetir

İdmandan sonra bütün bədənin üçün dartınma hərəkətləri etməkdənsə, hər dəfə əsas olan hissələr üçün et. Məsələn, ayaq idmanı etdiyin bir gündə qol dartınmalarından çox ayaq dartınmalarına üstünlük ver və hərkətlərin vaxtlarınıı uzun tut. Dartınma hərəkətində ən az 30 saniyə qalmalısan. Hərkət zamanı sallanmaq səni zədələyə bilər. Güclü əzələlərə sahib olmaq istəyirsənsə onların uzun olmağı sənin uğurunu artıracaq. Dartınma hərəkətləri ilə əzələlərinin bir sonrakı idman vaxtına qədər özlərini bərpa etmə sürətini artırırsan.

Həftədə bir dəfə uzun dartınma sessiyası et

Yoga və ya pilates dərslərinə gedə bilərsən. Hətta özün evdə də 45-60 dəqiqə ərzində dartınma hərəkətləri edə bilərsən. Hər bir idman kimi, elastik olmaq üçün etdiyin hərəkətlər bir gün ilə nəticə verməyəcək. Amma sən hər gün edərək 3 həftəyə faydaları hiss edəcəksən.

Dartınma (stretching) vacibdir” üzərinə 2 şərh

  1. Geri bildiriş: Öz idman cədvəlini özün qur! | Healthier Azerbaijan

  2. Geri bildiriş: İdmandan sonra əzələ ağrısı | Healthier Azerbaijan

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma