Healthy – Şəfiqə Əliyeva

(на русском внизу)

Şəfiqə xanım profesyonal fotoqrafdır və öz çəkdiyi şəkillərlə insanları ilhamlandırır. Bu dəfə isə o, seçdiyi həyat tərzi hekayəsini paylaşaraq hər birinizi sağlam həyat yaşamağa, hədəf qoymağa və bu hədəfə çatana kimi mübarizə aparmağa, çatanda isə qədrini bilməyə ruhlandıracaq.

Mən bu cür iradəli bir xanımla olan kiçik söhbətimdən yeni şeylər öyrəndim. Ümid edirəm siz də mənim kimi düşünərsiniz.

Şəfiqə Əliyeva, 23 yaş, fotoqraf! 🙂

4 il qabaq idmançı olan bir dostum məni ilhamlandırdı. Mənə yemək planı hazırladı və 1 il ərzində mənə kömək etdi. Təzə başlayanda çox çətin idi, belə qidalanmağa öyrəşməmişdim. Gecələr yemək yeməyi çox istədiyimdən oyanırdım. İlk 3 həftə ən çətini idi, amma mən öhdəsindən gəldim 🙂 .  İlk nəticəni görəndə artıq yemək haqqında fikirləşmirdim.

Qaçmağı sevmirəm, sadəcə olaraq dözə bilmirəm, lakin çətinliklə də olsa özümü öyrəşdirirəm. Sevimli idman hərəkətim jim eləməkdir 🙂 . Əvəzolunmaz yeməyim isə yulafdır, heç bezdirmir və düşünürəm ki, heç vaxt da bezdirməyəcək.

Heç kim mənim bacaracağıma inanmırdı, hamı düşünürdü ki, mən hər an buraxa bilərəm. Yeganə olaraq nənəm mənim uğurlu olacağıma inanırdı. Mənim üçün hər şeyi hazırlayırdı və buraxmağıma icazə vermirdi. 25 kg çəki itirdikdən sonra özümü olduğum kimi saxlamaq asan oldu. Sağlam qidalanmağa çalışıram. Artıq aradan 4 il keçib. Bəzən, təbii ki, özümə fast food yeməyə icazə verirəm, mən dəmirdəm deyiləm ki 😀 . Belə də yeməyim həmişə özümlədir. Mənim tanışlarım qarabaşaq (qreçka), toyuq, düyü və başqa yeməklərimə öyrəşiblər 🙂 .

img_3778

Özünə inanmaq lazımdır və sizdə hər şey alınacaq. İdmanla məşğul olmağı və sağlam qidalanmağı məsləhət verirəm. 4 il əvvəlki mənə baxanda belə çətin yoldan keçməyi bacardığım üçün özümlə fəxr edirəm.

Biz də sizinlə fəxr edirik, Şəfiqə xanım.

-xxxxx—–xxxxx—–xxxxx—–xxxxx—–xxxxx—–xxxxx—–xxxxx—–xxxxx-

Шафига ханум профессионалный фотограф и вдохновляет других с фотографиями которие она снимает. Но в этот раз, она будет вдохновлять каждого из вас жить здоровой жизнью, поставить цель, бороться за нее и ценить когда добился поставленной цели.

Я выучила много новых вещей от нашего небольшого разговора с этой сильной девушкой. Надеюсь, вы тоже будете так думать.

Шафига Алиева 23 года фотограф! 🙂

4 года назад, меня вдохновил мой знакомый друг (спортсмен). Он мне начал помогать, расписал план питания и просто на протяжении года помогал мне. Для начала было очень сложно, было непривычно так питаться. Ночью просыпалась от того что очень хотелось есть. Первые 3 недели были самыми жуткими но я их пережила 🙂 . Когда увидела первые результаты уже о еде не думала.

Не люблю бегать, просто терпеть не могу, еле еле приучаю себя. Любимое упражнение отжиматься 🙂 .  Незаменимая еда это овсянка, не надоедает и думаю никогда не надоест.

Никто не верил в мой успех все думали что вот вот  я сорвусь. Бабушка единственный человек который верил в мой успех, готовила все для меня и не разрешала срываться. После того как похудела на 25 кг легко теперь себя сдерживать. Пытаюсь правильно питаться. Уже как 4 года. Иногда конечно позволяю себе фаст фуд, я не железная 😀 . А так моя еда всегда со мной. Знакомые мои уже привыкли к курице, гречки, рису отд 🙂 .

img_3778

Нужно верить в себя и все у вас получится. Хотела бы посоветовать заниматься спортом и кушать здоровую пищу. Смотря на себя 4 года тому назад, я очень горжусь собой что я смогла пройти такой сложный путь.

Мы тоже гордимся вами, Шафига ханум.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma