Qədim zamanlardan bəri çuğundur mualicəvi xüsusiyyətləri ilə tanınır. İspanaq ilə eyni fəsilədən olan çuğundur vitamin, mineral, antioksidan, təbii nitrat və lif mənbəyidir.
Bir stəkan doğranmış çuğundurun qida dəyəri :
58 kaloriya
13 qram karbohidrat
2 qram zülal
15% A vitamini (günlük ehtiyacın)
2% Kalsiyum (günlük ehtiyacın)
11% C vitamini (günlük ehtiyacın)
6% Dəmir (günlük ehtiyacın)
Bir stəkan çuğundur suyunun qida dəyəri isə 100 kaloriya və 25 qram karbohidratdır. Çuğunduru adətən qaynadılmış formada istifadə edirik, bu isə eyni təsiri vermir.
Çuğundur suyunun faydaları:
1) Tərkibindəki silisum dəri problemlərini azaldır
- Tez qocalmanın qarşısını alır
- Pigmentləşmə və ləkələri sağaldır
- Quru dərini qidalandırır
Bunun üçün həftədə 1 dəfə axşam çuğundur suyunu pambıqla üzünüzə masaj edərək yeridin. İstəyə görə biraz zəncəfil də əlavə etmək olar.
2) Silisium saçın sağlam uzanmasına kömək edir
3) Tərkibindəki betaine pigmenti qaraciyərin funksiyalarını inkişaf etdirir
4) Böyrəklərdən zərərli maddələri təmizləyir
5)Homoglabin səviyyəsini tənzimləyir
6)Xərçəng xəstəliyi riskini azaldır
7)Detoksdur
8) Qan təmizləmə xüxusiyyətinə malikdir
9)Qan təzyiqini aşağı salır
10)Tərkibindəki dəmir anemia xəstəliyinə faydalıdır
11) Tərkibindəki nitrat bədəndəki qan axışını beyindən, ürəyə və əzələlərə kimi artırır.
12) Dözümlülüyü artırır. Qan axışını sürətləndirilməsi ilə gördüyünüz idmandan daha çox fayda əldə edirsiniz
13) Enerjini artırır
Yoxlaya biləcəyiniz faydalı reseptlər
Çuğundur – Zəncəfil
2 orta boy çuğundur
yarım limon
2 böyük kök
1 parça zəncəfil
Çuğundur – Ananas
1 orta çuğundur
1 stəkan doğranmış ananas
1 alma
Vitamin C
1 böyük çuğundur
2 ota narıncı
2 orta kök
Mənim sevimlim
1 orta çuğundur
1 stəkan ispanaq
Bir ovuc brokoli
1 yaşıl alma
Çuğundur suyunu çəkə biləcəyin ən sağlam qidalardandır. Çuğundur suyu əldə etmək üçün yarpaqlarından da istifadə edin.Əgər indiyə kimi yoxlamasısansa indi tam vaxtıdır. 🙂
Geri bildiriş: 25 Fitness Məsləhəti |