2017- ci ildə daha sağlam qidalanan bir sən üçün məsləhətlər

Mən sağlam olmaq istəyirəm amma necə başlayım bilmirəm və hər dəfə necəsə pozulur deyirsənsə dərd etmə, sən tək deyilsən. Bu əslində böyük bir dəyişiklikdir, birdən birə özünə çoxlu qadağalar qoysan prosesi daha da çətinləşdirəcəksən. Bu 10 məsləhətlə bu keçidi daha da asanlaşdıra bilərsən. Narahat olma hamısına əməl etməyə eyni anda başlamalı deyilsən. Sənə uyğun olan 2-3 qayda seç və 2 həftə sonra yenilərini əlavə et

1. Hər yeməkdə tərəvəz ye. Hətta səhər yeməyində belə. Qəlyənaltı istəyəndə kök yeyə, meyvə suyuna xiyar əlavə edə bilərsən. Mən hətta tərəvəz suyuna meyvə qatıram 😀

2. Hər yeməkdə zülal, lif və sağlam karbohidrat qəbul et. Bu səni tox tutmaq və qan şəkərini tənzimləmək üçün ən ideal yoldur. Somon balığı, yanında kartof və avokado salatı mükəmməl yemək olar. Salatlarına zeytun, susam və ya fındıq yağı əlavə etməkdən çəkinmə.

3. Böyük bir qab salatı gündə 1 dəfə əsas yemək kimi ye. Məncə ən yaxşı variant axşam kinoya salatı yeməkdir. Kaloriyası aşağı olan bu yemək həm də sənin arıqlamağına və ya stabil çəki sağlamağına kömək edəcək.

4. Ən böyük yeməyini günortalar ye.  Səhər və ya axşam yeməyindən daha çox kaloriyanı günorta alanda sənə aldığın kaloriyaları yandırmağa lazım olan vaxt üçün daha çox fürsət yaranır. Günlük yeməyinin 40 faizini günortalar ye.

5. 80 faiz doyana kimi ye. Qabı istədiyin qədər təmizlə, gələcəkdə evlənəcəyin insanın görünüşü ondan asılı olmayacaq. Yeməyi yavas ye və mədənə diqqən yetir. Kifayətlənəndə dur boğazna kimi dolanda yox. Həyat yoldaşının üzünün hələ də boşqabından asılı olacağnı düşünürsənsə porsiyalarını azalt. 🙂

6. Həftədə bir dəfə vegan ol. Beləcə özünü meyvə, tərəvəz, paxlalılar və tam taxıllı qidalar yeməyə ilhamlandır. Ət, süd məhsulları və yumurta yeməmək sənin bitki əsaslı qidaları daha çox yeməynə imkan yaradacaq.

7. Süni və emal edilmiş şəkərlərdən daha təbii olanlara keç. Elmi araşdırmalar göstərirki süni, emal edilmiş şəkər qəbul etdikcə daha da acırsan və daha çox kaloriya almış olursan. Yedikcə yemək istəyirsən – şəkər bağımlılıqdır. Şəkər həm də qocalmanı sürətləndirir, xərçəng, böyrək, ürək və bir çox həyati xəstəliklərin arxasında durur. Şəkər əlavəsi olan qidalardan uzaq dur. Ürəyin şirni istəyəndə təzə və ya qurudulmuş meyvələr yeyə və ya sağlam şirniyyat reseptlərindən istifadə edə bilərsən

8. Yemək planların barədə qərarlı ol. Həftədə bir gün, mümkündürsə bazar günü bir saatını həftəlik yemək və qəlyanaltı planını qur. Sən həm vaxta qənaət etmiş, həm də məqsədin olduğu üçün sağlam qidalanma sözünün üstündə durmuş olacaqsan. Sənə bu iş çətin gəlirsə bir çoxları kimi sən də BioLab Cafe-yə qida planını əmanət edə bilərsən.

screen-shot-2016-11-19-at-12-20-14

 

9. Əlinə aldığın duzu yerinə qoy, hətta stoldan götür. Sodium sənin qan təzyiqinə təsir edir, organları və toxumaları zədələyərək səni şişgin və yorğun hiss etdirir. Gündə 1.500 mq-dan daha çox emal olunmuş sodium yeməməyə çalışın.

10. Gündə bir dəfə özünü mükafatlandır. Heç bir yeməyi özünə bir anda qadağa etmə. Bu vaxt alan prosesdir. Çox sevdiyin amma zərərli olduğunu bildiyin qidaları bir anda yeməmək depresiyaya səbəb ola bilər. Özünü xoşbəxtlikdən saxlama. Bir parça şokolad sənin əziyyətini yox etməyəcək. Amma bir müddət sonra çalış bu cür mükafatlar gec-gec olsun.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma