Detoks bədənin ehtiyacı olmayan və bədəndə deformasiyaya səbəb olan toksinlərin və zərərli maddələrin kənarlaştırılmasıdır. Bədən özü bu funksiyanı bacardığı qədər yerinə yetirir. Lakin təmiz havadan uzaq yaşamaq, sağlam olmayan qidalanmaq və s. zərərli maddələrin yerləşməsinə və metobolizmanın yavaşlamasına gətirib çıxarır. Detoks proqramı ilə bədən həm təmizlənir həm də özünü bərpa gücü artırılır.
Bayram münasibəti ilə bir çoxlarımızın sağlam qidalanmaqdan uzaqlaşdığı reallıqdır. Gəlin 3 günlük detoks proqraı ilə bədənimizi bərpa edək.
3 gün boyunca
Təzə meyvə
Tərəvəz (qaynadılmış, buxarda, qızardılmış və ya çiy)
Salat
Badam, qoz, fındıq, kişmiş və s.
Gün boyu acdıqca yuxarıdakılardan istədiyin qədər ye.
Bol su iç. Minimum 2 litr, lakin 75 kilodan çox çəkiniz varsa minimum 3 litr su için.
Çay və kofeni çox olmamaq şərti ilə içə bilərsiniz.
Məsələn:
1-2 meyvə yanında bir ovuc badam
Bir saat sonra acsanız 1 meyvə
Bir müddət sonra biraz çərəz
Günorta salat
Sonra yenə meyvə
Qeydlər:
Çərəzləri ortalıqda qoymayın çünki acmasanız da yeyəcəksiniz.
Diyabet xəstələri hər meyvə ilə mütləq 3a4 badam yeməlidir
Zeytunyağı istifadə etməyin salatlarda
Nə ac qalın nə də acmadan yeyin
3-cü günün sonunda özünüzü balıq yeməyi və salat ilə mükafatlandırın. Balıq yoxdursa onda tərəvəzlərlə günü bitirə bilərsiniz.
Detoks müddətində ilk günlərdə yaranan baş ağrı və halsızlıq normaldır. Unutmayın ki, bədən zərərli maddələrdən təmizlənir. Ən az 3 aydan bir 3 günlük detoks proqramı tutmaq sizi daha sağlam edəcək.