Healthy – Gülər İsmayılova

Azərbaycanda pilates artıq maraq yaradan sahələrdəndir. Çox sevərək izlədiyim, işində peşəkar olan pilates məşqçisi ilə keçirdiyim sorğunu sizlərlə paylaşıram. Əminəm ki, Gülər xanımın vərdişlərindən özünüzə bir çox şey götürəcəksiniz. Mən götürdüm artıq!

  1. Özünüzü təqdim edin

-Mən İsmayilova Gülər, artıq uzun müddətdir ki aerobika, pilates və yoqa məşqçisi kimi fəaliyyət göstərirəm. Həmçinin, ADA-da (Azərbaycan Diplomatik Akademiyası) Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alıram.

  1. Nə qədər vaxtdır sağlam həyat tərzi yaşayırsınız?

– İdmanla məşğuliyyətim çoxdana dayansa da işləməyə başladıqdan sonra sağlam həyat tərzinə keçid mənə daha münasib gəldi. Çünki, işləməklə bərabər idman mənim həyat tərzimə çevrildi. Eyni zamanda öz tələbələrimə daha yaxşı nümunə ola bilmək üçün artıq mən də sağlam qidalanmağa başladım.

  1. Sağlam həyata keçərkən çətinliklər nələr idi?

– Əslində sağlam həyata keçid hamının düşündüyü qədər çətin bir proses deyil. Sadəcə zamanla sağlamlığa ziyanlı ağır yemək vərdişlərini tərgitməyə başladım və bunun necə də düzgün seçim olduğunu, özümü daha yüngül və aktiv hiss etməyə başladıqda dərk etdim.

  1. Nə qədər vaxtdır pilates ilə məşğulsunuz?

– Pilates ilə artıq 2 ildir məşğulam və idman növləri arasında ən sevdiyim idman növüdür deyə bilərəm.

5.Niyə məhz pilates?

– Pilates digər idman növlərindən fərqli olaraq daha ehtiyatlı və yavaş olunan idman növüdür ki, bədənin xüsusi hissələrini formaya salmaqda təsirlidir. Pilates edərkən insan bədəni digər idman növlərindəki qədər yorulmur və gücdən düşmür, əksinə yüngülləşdirici hiss verir. Amma, bu o demək deyil ki, insan bədəni fəalliyətsiz qaldığı üçün belədir. Pilates edərkən adi idman növləri ilə məşğuliyyət zamanı hərəkətə gəlməyən ən xırda əzələlər belə hərəkətə gəlməyə başlayır. İnsan bədəni zamanla formaya yığılsa da təsiri çox uzun müddət öz aktivliyini qoruyur.

image-28-11-16-13-26-2

6.Azərbaycanda pilatesə maraq necədir?

– Düzünü demək lazımdırsa hal-hazırda xanımların əksəriyyəti pilatesin nə olduğunu tam olaraq bilmirlər. Mənim də məqsədim bu idman növünü bacardığım qədər inkişaf etdirmək və tanıtmaqdır. Bunun üçün hətta pulsuz pilates dərsləri belə keçirdiyim vaxtlar olub. Amma, pilates haqqında kifayət qədər bilgiyə malik olan insanlar da çoxdur ki, onlar artıq pilateslə məşğul olaraq necə faydalı olduğunun şahidi olublar. Yenə də pilatesin hal-hazırda inkişaf və tanıtımına çox ehtiyac vardır.

7.Pilatesə başlamaq istəyənlərə məsləhətiniz?

– Pilatesə başlamaq istəyənlərə onu demək istərdim ki, heç bir şübhə duymadan bu idman növü ilə tanış ola bilərlər. Faydasını artıq özləri yaxından tanış olduqdan sonra görüb əl çəkməyəcəklər.

8.Yalnız evdə məşğul olalara nə məsləhət edərdiniz?

– Evdə məşğul olanlar biraz daha ehtiyatlı olmalıdırlar, çünki bu elə bir idman növüdür ki, yalnız peşəkar təlimçi ilə olunmalıdır, əks halda pilatesdən faydadan çox ziyan əldə edə bilərlər. Pilates sadə görünsə də çox incəlikləri vardır ki, idman zamanı zədə almamaq üçün bunlara fikir vermək lazımdır.

9.Yoqa həyatınıza necə daxil olub?

– Yoqa sadəcə ilk zamanlar mənə çox maraqlı gəlirdi amma, hamının düşündüyü kimi yalnız Buddha formasında oturub “ommm” etməkdən başqa bir şey olmadığını düşünürdüm  Halbuki, yoqanın necə rəngarəng bir dünya olduğunu məşğul olmağa başladıqdan sonra anladım və gördüm ki, yoqa heç də sadə deyil. İlk zamanlar yoqa ilə sadəcə müştəri kimi məşğul olurdum taki, təlimçim Zülfiyyə xanım ilə təsadüfi tanışlığıma qədər. Mənim bacarıqlarımı və xüsusiyyətlərimi bəyənən xanım mənə iş təklif etdi və hal-hazırda da öz azad işimdən əlavə yenə də onun yanında, FLY YOGA BAKU-da assistent kimi işləyirəm. O xanımın mənim hal-hazırki təcrübəm üstündə çox böyük bir əməyi vardır. O, mənə bilmədiklərimi ən kiçik xırdalıqlarına qədər öyrədib. Özü Moskvada xüsusi monastr daxilində bu sahədə təhsil keçmiş bir insandır.

  1. Yoqanın hansı növü ilə məşğulsunuz?

– Mən Xatxa, Vinyasa və Aştanqa yoqaları ilə daha çox məşğul oluram, çünki bu yoqaların beyin rahatlığından əlavə sağlamlıq üstündə də böyük təsiri vardır. Təbii ki, Fly Yoganı unutmamaq lazımdır hansı ki, artıq mənim gündəlik həyat tərzimdir.

11.Sevdiyiniz yoqa sözü var mı?

– Ən sevdiyim yoqa ifadələri Namaste və Om-dur.

12.Ən sevdiyiniz yoqa hərəkəti hansıdır? Niyə?

– Yoqada ən sevdiyim asanalardır, hansı ki, xüsusi pozalarda meditasiya etməyi bacarmaq lazımdır. Asanada dayanmaq heç də asan deyildir, onun üçün bütün diqqətini bir yerə cəmləyib bədən üzərində hakimiyyət qurmaq lazımdır. Asanalar bədənin idarə edilməsini və balansı artırmaq üçün ən təsirli üsuldur.

  1. Yalnız bir poza seçməli olsaydınız hansını seçərdiniz?

– Ən çox üstünlük verəcəyim poza Namaste pozasıdır.

image-28-11-16-13-26

14.Adi bir gününüz necə keçir?

– Gündəlik həyatım çox aktivdir. Səhər oyanıb hazırlaşıb dərsə gedirəm. Dəsrlərdən sonra yoldaşlarımla biraz vaxt keçirib lazım olan dərslərin üstündə işləyirəm. Artıq günortadan sonra iş yerimə gedirəm və tələbələrim ilə məşğul oluram. Məşqlərdən sonra biraz dincəlib axşam asistent olaraq işlədiyim digər işimə, Fly Yoga-ya gedirəm. Təxmini 9-da bütün işlər bitir və evə dönürəm, dincəlmək üçün bir iki şey edib yatıram. Onu da qeyd edim ki, aktiv həyat tərzim olduğuna görə yuxuma çox önəm verirəm, gündəlik məhsuldarlığımı itirməyim deyə 11-dən tez yatmağa üstünlük verirəm. Və bir şey daha, göründüyü kimi günün 12 saatından çox evdə olmuram və bu səbəbdən qida vərdişimi pozmamaq üçün səhər evdən çıxanda çantama çoxlu meyvələr təmizləyib qoyuram (alma, kök, banan, mandarin, xurma, balaca qabın içində nar dənələri) daha sonra su, yoqurt, qara çörək arasında tərəvəzlər və s. götürürəm. Bu həm aktiv qalmağıma həm də qida rejimimi pozmamağa yardımçı olur.

image-28-11-16-13-26-3

  1. Necə qidalanırsınız? Ən sevdiyiniz yemək nədir?

– Ən sevdiyim qida meyvələrdir. Qida vərdişlərimi də yuxarı sualda artıq cavablandırdım deyəsən istəmədən də olsa

  1. Harada məşqlər edirsiniz? Nə vaxtlar? Mümkündürsə qiyməti paylaşın.

– Məşqlər Lala Beauty Centerdə (Tbilisi prospektində Avropa oteli ilə üzbəüz Solfeggio Lounge’in arxasındakı hündürmərtəbli binanın ilk mərtəbəsi, Qlobus Plaza və Heydər Əliyev adına İdman Kompleksinə yaxın) keçirilir. Pilates, aerobika və yoqa dərsləri hər biri aylıq 70 AZN-dir. Mövcud pilates qruplarımız 2-ci və 4-cü günlər saat 16:00-da, aerobika dərslərimiz 2-ci və 4-cü günlər saat 17:00-da, yoqa isə 2-ci və 4-cü günlər saat 15:00-dadır. Fly Yoganın dərs saatları və aylıq ödənişi barədə isə mənimlə əlaqə saxlayıb maraqlanmaq bilərlər.

  1. Sizinlə necə əlaqə qurmaq olar?

– Mənimlə +994514193632 nömrəsi ilə və ya trainer_gularismylv@mail.ru email ünvanı ilə əlaqə saxlamaq mümkündür. Bundan əlavə @sportiqueby.gular instagram səhifəmdən daha ətraflı məlumat əldə edib “direct” vasitəsi ilə də mənimlə əlaqə saxlaya bilərlər.

Son sözüm də ondan ibarətdir ki, idmanla yalnız vaxt tapdıqca deyil rejimli olaraq daimi məşğul olmaq lazımdır. İdman bir müddətlik deyil, daimi olunmalı olan bir fəaliyyətdir və zaman keçdikcə bu sizin üçün yorucu bezdirici bir haldan həyat tərzinə çevrilir. Özünüzü sevin, özünüzə diqqət edin ki, sevdiklərinizin də qayğısına stressiz və problemsiz qala biləsiniz. Hər zaman gümrah və formada olmanız diləkləriylə!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma