Ariqlamaq üçün yoxlamadığın diyet qalmadı və sən hələ də dəyişiklik görməmisənsə, deməli nələrisə dəyişdirməyin vaxtıdır. Səhv diyetlər sənə faydadan çox zərər gətirə bilər, organizmin funksiyalarını korlayar. Bunlar diyetə başlayanda ən çox edilən səhvlərdir. Sən təzə başlayırsansa bu səhvləri etmə.
Səhv 1 – Karbohidratsız qidalanmaq.
Diyetə başlayanların ilk sözləri çörək, makaron artıq yeməyəcəyəm olur. Dünyaya gəldiyin andan etibarən aldığın ana südündə belə olan karbohidratı qida proqramından çıxarmaq düzgün olsaydı, dünyadakı ən möcüzəvi qidanın içində karbohidrat olmazdı. Keyfiyyətli karbohidratları ehtiyacın olduğu qədər ye. Tam taxıllı, çovdar çörəyi süfrədən əksik etmə. Makaron, bulğur kimi karbohidratlarla qidalanaraq ehtiyacın olan düzgün enerjini al həm də özünü diyet depresiyasından çıxart.
Səhv 2 – Bol zülallı qidalanmaq.
Əsas işi toxuma və hüceyrələri bərpa etmək olan zülalı, qidalanmada bədən ağırlığının hər bir kiloqramı üçün 0.8-1 qram aralığında qəbul etməlisən. Qırmızı ət həftədə ən çox 2 ya 3 dəfə yeməlisən. Əksər vaxtlarda zülalı qızardılmış, ya da buxarda bişmiş toyuq, balıq və hinduşka əti kimi keyfiyyətli zülal mənbələrindən olsun.
Səhv 3 – Bir növlü qidalanmaq.
Porsiyalar böyüsə də qabında çeşidlilik əksik qalır. Dünyanın ən uzun yaşayan insanları gündə 38 növ qida ilə qidalanarkən bizlər ən çox 5 ya 6 növlə qidalanırıq. Özünə bir rəng şkalası düzəlt. Həftəlik bazarlıq edərkən bu şkalaya əməl et, və qabını rəngləndir.
Səhv 4 – Tərəvəz və meyvə yeməyi azaltmaq.
İnsanlar oturaq həyata keçib, əkinçiliyə başlayanda təbiətin möcüzələri olan tərəvəz və meyvələri kəşf etdi. Lakin, sənaye inqilabı zamanı bu möcüzələrin dəyəri unuduldu. Tərəvəz yeməyi sevməyən uşaqlar böyüdüldü. Dünya Sağlamlıq Təşkilatı (WHO) gündə 8 porsiyanın altına düşməyərək meyvə və tərəvəz yeməyi məsləhət görür. Əsas yeməklərini həmişə tərəvəzlər bəzəsin. Ara yeməklərdə və səhər yeməyində isə meyvələrə yer olsun.
Səhv 5- Uzun müddət ac qalmaq.
Uzun müddət ac qalaraq arıqlamaq təəssüfki organizminə ən çox zərər verən səhvdir. Ac qalanda daha tez arıqlayırsan amma itirdiklərin əzəzlə və sudur. Hətta aclıq diyetində daha çox yağ toplayırsan. Ac qalan bədən stresə girir və aclıqdan sonra yeyilən hər bir qidanı qıtlıq səbəbi ilə yığar. İki saatdan az, dört saatdan çox ac qalma.
Səhv 6 – Su bolluğu.
Su içməyin əhəmiyyətini vurğulanarkən litrlərnən su içməyin nəzərdə tutulmurdu. Su içərək arıqlayacağını düşünürsənsə yorulan organlarında qulaq asmırsan. Günlük ehtiyacından çox su içirsənsə böyrəklərini həddindən çox yorursan deməkdir. Günlük ehtiyacın olan kaloriyanın 1-1.5 qatı qədər su içməlisən. Günlük 2000 kaloriyaya ehtiyacın varsa 2-3 litr su içməyin kifayətdir.
Səhv 7 – Həddindən çox idman etmək.
Bir idmandan çıxıb o birinə qaçırsansa dur və nə etdiyinə bax. Həddindən artıq idman bədəni stresə salır. Dünya Sağlamlıq Təşkilatı (WHO) həftədə minimum 150, maksimum 300 dəqiqə idmanı məsləhət görür. Hərəkət etməyi isə vərdiş halına gətir və gündə 10.000 addımın altına düşmə.
Nəyisə həddindən çox etməkdən çəkin.
Nizami Gəncəvi demişkən,
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.