Sıfırdan başlayanlara 10 məsləhət

  1. Başlanğıc tarixi hədəflə, və özünə hazırlaşmaq üçün bir neçə gün icazə ver. Bu diyetə başlayana qədər nə gəldi yemək deyil. Ehtiyacın ola biləcək şeylət üçün alışverişə get, qarşına çıxa biləcək probləməri əvvəlcədən qarşısını al, psıixoloji olaraq hazırlan.
  2. Kiçik hədəflərlə başla. Onlara çatmaq səni daha tez ruhlandırar. Uzun bir yola çıxırsan, kiçik addımlarla tez yorulmarsan. Bir dəfəyə ən çox üç ya da beş hədəfin olsun. Fikrin daha az yayılar.
  3. Mahnıların gücünə inan. Pozitiv mahnılara qulaq asmaq sənə həm zehni, həm mənəvi, həm fə fiziki güc verəcəkdir.
  4. Soyuducunun üzərinə yeməməli olduğun şeyləri asa bilərsən. Arıq vaxtlarından və ya daha kök vaxtlarından olan bir şəkilini də yapışdır.
  5. O çox bəyəndiyin amma ayaqlarının içində gəşəng görünməyəcəyini düşündüyün dar idman salvarını al. Onun içində gəşəng görünməkdən başqa daha nə motivasiya istəyirsən
  6. Sabahkı gününün qaçaqaçla keçəcəyini bilirsənsə bir gün axşamdan sağlam yeməklər hazırla. Axşam qayıdanda nə var nə yox yeməyin qarşısını al.
  7. İdman etmək üçün hər gün səbəb axtar. Görünüşündən daha da xoşbəxt olmaq, sağlam hiss etmək, stresi atmaq kimi səbəblər səni zala götürəcək.
  8. Özünü ölçməli deyilsən. Sən rəqəmlərdən ibarət deyilsən. Amma hər gün güzgüdə özünə baxıb tərəziyə çıxırsansa bunu həftədə bir dəfəyə endir. Özünün şəklini çəkə bilərsən, irəliləyişi görmək istəyirsənsə belini ölçə bilərsən.
  9. Özünü başqaları ilə müqayisə etmə. Zala gedəndə, kimdən arıq, kimdən kök olduğunu düşünmək yerinə, dünənki səndən daha sağlam olduğunu düşün.
  10. Evdə yemək hazılamaq həmişə çöldən almaqdan saha sağlamdır. Bunun üçün motivasiyaya ehtiyacın varsa özünə yeni, rəngli, həvəsləndirici yazıları olan mətbəx ləvazımatları al.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma