Daha xoşbəxt bir sən

  1. Xoşbəxtliyin 1 parça şokolad olduğunu düşünürsənsə onu ye. Diyetdən çox az kənara çıxanlar (1 parça şokolad 100 qramlıq paket deyil) daha xoşbəxt və rahat kilo verirlər.
  2. Səliqəli ol. Ofis stolunu, çəkməcələrini, şkafını səliqəyə salanda həyatını da səliqəyə salması üçün beyninə gizli siqnallar göndərirsən. Stres adədət yorğunluq və işləri nəzarət altında saxlaya bilməməkdən yaranır. Stolun fırtınadan çıxmış vəziyyətdədirsə hər şey daha da pisləşir.
  3. Səhər saatlarında edəcəyin meditasiya səni rahatladar və zehnindəki qarışıq düşüncələri azaldar.
  4. Şirin-şirin yat. Çox gec saatlara qədər oyaq qalanda sonrakı gün özünü halsız hiss edər və daha çox yeyərsən. Yuxunu kifayət qədər alanda daha yaxşı olar və daha düzgün qidalanarsan.
  5. İşdən sonra əylən. Balansı qorumağın bir yolu da yorucu işdən sonra əyləncəli fəaliyyətlərə qatılmaqdır. Yoqaya və ya rəqsə gedə bilərsən. Sənə qoşulan bir iş yoldaşın olsa daha çox həvəslənərsən.
  6. Hadisələrə yaxşı tərəfindən bax. Bütcən özünə əlavə pul xərcləməyə icazə vermir deyə pis olma. Mütləq edə biləcəyin şeylər də vardır (Muzeyə getmək, pulsuz yığıncaqlara qatılmaq və s.). Edə biləcəklərinin siyahısını tut və pis zamanlarda bax.
  7. Günəş vitamini deyə bilinən və bütün həkimlər tərəfindən məsləhət görülən D vitamininin ruh sağlamlığında vacib rolu vardır. Mövsümlə əlaqədar emosional  narahatcılıq hiss edən qadınlarda bu vitamin səviyyəsinin az olduğu müşahidə olunmuşdur. Həkimə get və qan analizi verərək D vitamini səviyyəni öyrən, lazım gələrsə əlavə olaraq qəbul et.
  8. Ətrafında pozitiv insanlara yer aç, daim qiybət edən, hadisələrə neqativ tərəfindən baxan insanları isə özündən kənarlaşdır.
  9. Vaxtdan düzgün istifadə et. İşlərini, mütləq etməli olduğun şeyləri təxirə salma. Vaxtını necə düzgün idarə edə bilərsən deyə Google-a soruş. Bir müddət sonra necə lazımsız şeylərə həddindən artıq vaxt xərclədiyini görəcəksən.
  10. “Kaşki” yerinə “yaxşı ki” de. Yaşadığın hər an üçün şükür et. Yaxşı ki, ətrafında dostların var, ailən var, yaxşı ki nənənin bişirdiyi o dadlı şirniyyatları yedin (yeməsən pis olardı axı. Arada qaydaları pozmaqdan qorxma). Kaş eləməsəydim deməkdənsə yaxşı ki etdim və daha nələr nələr edəcəm de. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma