1. İncəl. Həftədə bir neçə gün ağırlıqla idman edən qadınlar daha çox kilo itirirlər. Bununla belə bədənin əzələ kütləsi artacağı üçün daha incə görünə bilərsən.
2. Son iki təkrar. İdman hərəkətində neçə təkrar etdiyindən asılı olmayaraq son iki təkrarı yaxşı et. Mikro yırtılmalarla fərq yaradacaq təkrar onlardır.
3. Mümkün qədər en. Squat möhtəşəmdir. Dərin squat daha da möhtəşəmdir. Squat zamanı arxa hissəni dizlərinin altına qədər endirmək, düz vəziyyətə qayıdarkən sağrı əzələlərin ikiqat daha çox işlədir.
4. Bütün bədən eyni gündə. Həftədə 3 dəfə bütün bədən idmanı edənlər, həftədə bir gün ancaq bir əzələ qrupunu işlədənlərə nisbətən iki qat çox yağ itirir.
5. Nəzarəti unutma. Ağırlıq hərəkətlərini güzgünün qarşısında et. Hərəkəti düzgün etmək daha vacibdir və zədələnmənin qarşısını alır.
6. Aktiv dincəl. İntensiv bir idman proqramın varsa, dincəlmək günlərinin birində aktiv ol. Yoqa, templi yürüyüş və ya səni dincəldəcək hərəkətli işlərlə məşğul ola bilərsən.
7. Hamiləlikdə idman. Hamilə olarkən idman edən qadınların normal doğum etmə şansı 58% daha çoxdur. Bu qadınlar daha az kökəlir, daha az diyabet riskinə sahib olur. Təbii ki, idmanı peşəkar nəzarətində olmalıdır.
8. Geyimin təsiri var. Son moda paltarlara ehtiyacın yoxdur. Amma idman paltarlarında keyfiyyət vacibdir. Pambıq əvəzinə polisterdən olan şalvarda daha rahat hərəkət edə bilərsən. Təri özünə çəkən koftalarda daha yüngül hiss edərsən. Unutma, idman etdiyin geyimi həmin gün yumalısan.
9. Daha gümrah ol. İdman edən qadınlar, etməyənlərə nisbətən yüzdə 48 daha az depressiv olurlar.
10. Stresdən uzaq ol. Çox stresli olduğunu görəndə 10 dəqiqə idman et. Xırda tempoda qaçmaq stresdən əmələ gələn əsəbi yox edə bilər. Çox vacib və stresli bir görüşdən əvvəl gəzintiyə çıx.
11. İsinmədən idmana başlama. Xüsusilə yüksək templi idman edəcəksənsə zədələnmənin qarşısını almaq üçün əzələlərini aktiv hala gətirməlisən.
12. Özünü dəstəklə. İdman vaxtı içindən səssiz olaraq sən bacarırsan, bunu da edə bilərəm, əla gedir kimi sözlərlə motivasiyanı artır.
13. Qarışdır. Sadəcə bir idmanla məşğul olmaq səni bezdirə bilər. Fitnesə, yoqaya, pilatesə, spinningə, üzməyə və başqa idmanların dərslərinə qatıl. Sənə ideal olanları seç və məşğul ol.
14. Hərəkətdə kəmiyyət yox keyfiyyət. Bəzən idmanda sürəti artırarkən, daha çox təkrar edim deyə düşünərkən hərəkəti düzgün olaraq etməməyə başlaya bilərsən. Belə hal olduqda 5-10 saniyə dincəl yenidən yavaş tempdə başla.
15. Şirin yuxu. Bütün fikrin idmandadır, heç məşq buraxmırsan, sosyal həyatın canlıdır və hamı sən qaçaqaçda görür. Amma, lazımi qədər yatmasan nə qədər belə davam edə bilər axı. Kifayət qədər dincəlmə bütün metobolizmana təsir edir. Əzələlərin inkişafı üçün gündə 7-8 saat yuxu mütləqdir.
16. Bir saniyə qaydası. Nə etdiyini bil. Ağırlıq idmanı zamanı əlindəki ağırlığı dayanmadan yuxarı aşağı hərəkət etdirmək əvəzinə qaldır bir saniyə gözlə sonra endir və yenə bir saniyə gözlə. Beləliklə hərəkəti daha düzgün edib daha çox yağ əridəcəksən.
17. Zülal ehtiyacı. Hər nə qədər zülal əzələləri inkişaf etdirən əhəmiyyətli qida maddəsi olsa da artıq yeyildikdə yağ və kaloriya olaraq bədəndə artar. Aldiğin günlük kaloriyanın 20%-i zülal olmalıdır.
18. Su problemi. Nə qədər su içməli olduğunu bədənindən soruş. Amma kardio zamanı çox su içmək ürək bulantısına yol açar. İdmandan sonra itirdiyin suyu bədəninə geri qaytarmağı unutma.
19. Qarın əzələsi. Qarın daha çox mətbəxdə formalaşır. Sərt bir qarın üçün çərəzlər, paxlakimilər, göyərtilər, süd məhsulları, yulaflı qidalar, yumurta, ət və qırmızı giləmeyvələr ilə qidalanmalısan.
20. Dartın. İdman sonrası ayaqlarını dartdıqda daha yüksək əzələ performansı göstərə bilərsən. Həftədə ən az 3 gün 15 dəqiqəlik dartınma, yoqa və ya pilates edərək bədənini qüvvətləndir.
21. Jim et. Üst gövdəni işlədən bu idman hərəkəti təkcə sinə, çiyin və qolları deyil, qarın, ayaq, və sağrı əzələlərini də fəal edir. Qarın və sağrı əzələlərini sıxaraq sabit vəziyyətdə duraraq (plank) daha çox fayda görə bilərsən.
22. Əlindən gələni et. İdman məşqinə getmək o gün alınmadı deyə ruhdan düşmə. Evdə idman et, çıx blokun ətrafında bir neçə tur qaç.
23. Təbii enerji. Çuğundur suyu içə biləcəyin ən yaxşı enerji içkisidir. Səni gümrah tutar. Çuğundurun faydaları haqqında öyrənmək üçün bura bas.
24. Yağdan qorxma. Sağlam yağlar idman zamanı faydasını göstərər. Zeytun yağı, kokos yağı, avokado faydalı yağlardandır. Ani aclığın qarşısını alar, və idmandan sonra gücsüz hiss etməyə qoymaz.
25. Dincəl. Hər gün idman daha tez bir vaxtda səni formaya salmayacaq. Əzələlərinin özünü bərpa edib güclənməsi üçün həftədə bir gün heç bir idman etməyib dincəlməlisən.