1. Aclıq diyet deyil. Fəal işləyən bir metobolizmaya sahib olmaq üçün ac qalmamalısan. Bu zaman yağ yerinə əzələlərini əritmiş olarsan.
2. Sənin gözünü aldatmaq asan deyil. Meyvələr bizə sağlam gələn qidaların başındadır. Və bir tortun üstündə çiyələk var deyə o tort sənin gözlərinə sağlam görünsə də deyil.
3. Sağlam kökəlmək istəyirsən. Bunun üçün rejimə ehtiyacın var. Səhər yeməyini heç vaxt axsatma. Hər gün 3 əsas yeməyi eyni vaxtlarda ye. Hər gün ət, pendir, süd, yumurta, taxıl, paxlakimilər, meyvə və tərəvəz qruplarından ən az bir məhsul yeməyə çalış.
4. Gündə 30 q lif. Mədədə həzmi yavaşladan lif olmadığı müddətcə aldığın kaloriyanın bir əhəmiyyəti qalmır. Gündə 30 q lif almaq diyetini daha da faydalı edir.
5. Su iç. Artıq bilmirəm neçənci dəfə dediyimi. Bol su içmək yağ əritməyini dəstəkləyir. Zərərli maddələri bədənindən atır.
6. Yumurtasız olmaz. Yumurta həm yağ əritmə xüsusiyyətinə sahibdir, həm də toxluq hissi verir. Zülal mənbəyi olduğunu artıq hamımız bilirik.
7. Ehtiyaca görə qəlyənaltı. Günlük rejiminə görə ara yeməyə ehtiyacın olub olmadığına özün qərar ver. Günorta yeməyini 1-də yeyib, axşama kimi işlə məşğul olub, 8-də evə gəlib nə var nə yox yeyirsənsə ehtiyacın var deməkdir.
8. Chia ilə tox qal. Super qidalarandan biri olan chia toxumu, yüksək miqdarda Omega-3 yağına sahibdir. Antioksidan, C vitamini, kalsium, kalium və zülalla çox zəngindir. Səhər yeməyi, və ya ara yemək kimi özünə badam südü, yulaf, meyvə və 1 qaşıq chia toxumu ilə puding hazırlaya bilərsən.
9. Soya südü. Soya südü metabolizmanı sürətləndirir. İdmandan qabaq 200-250 ml rahatlıqla içə bilərsən.
10. Duzdan uzaq dur. Duzlu yeməklər bədəndə ödəm əmələ gəlməsinə səbəb ola bilər. Yeməklərə əlavə etdiyin duzu azaldanda nə qədər yüngülləşdiyini bir müddət sonra görəcəksən.
11. Yanında hər zaman qəlyənaltı olsun. Araşdırmalara əsasən bir çox insan gündə ortalama 532 kaloriyanı qəlyənaltılardan alır. Bu insanlardan olmamaq üçün yanında çərəz, xurma, qoz, alma saxla.
12. Ağzın şirin olsun. Günorta yeməyindən sonra dəhşət şirniyyat istəyirsənsə meyvə ye.
13. Çeynə. Çeynə. Çeynə. Həzm ağızda başlayır. Çox çeynə, tez udmamağa çalış. Tez tez udanda beyinə doymaq siqnalı gec göndərilir.
14. Diyetin dostu Darçın. Darçın insülini artırır, metabolizmanı sürətləndirir. Yağ hüceyrələri insülin vasitəsi ilə parçalanır və enerjiyə çevrilir. Gündə yarım çay qaşığı darçın məsləhət görülən miqdardır.
15. Yağlarla dost ol. Tox qalmaq, yediklərin dad almaq, ürək- damar sisteminin sağlamlığını qorumaq, canlı bir dəriyə sahib olmaq üçün zeytun yağını, kokos yağını, kətən toxumu yağını və avokadonu diyetindən əksik etmə.
16. C vitamini qəbul et. Təkcə güclü bir imunitet üçün yox. Portağal, naringi, greyfrut, moruq kimi C vitamini ilə zəngin meyvələr metabolizmanı sürətləndirir və yağ əridilməsini artırır. Xusüsilə idmandan qabaq C vitamini bol olan meyvə yediyin zaman idmanda yağ əridilmə 30% artır.
17. Şəkər yerinə xurma. Xurma zülal, lif, mineral, kalium, kalsium və dəmirlə zəngindir. Həm də səni işlənmiş şəkərdən uzaq tutar.
18. Əsas yeməklərdən əvvəl greyfrut. Bir araşdırmada yeməklərdən əvvəl yarım greyfrut yeməklə 3 ayda 5 kilo verməyin mümkün olduğu göstərildi. Bel hissəsi qalın olanlarda bu təsir daha da çoxdur. Lakin greyfrut dərmanların bədəndən atılmasının qarşısını alaraq, toksinləşmə yarada bilər. Hərhansı bir xəstəliyə qarşı dərman istifadə edirsənsə greyfrut yemək məsləhət deyil.
19. Balıq yağı. Narahat olma, nə balıq nə də balıq yağı səni kökəltmir. Həftədə 2 dəfə balıq yeyə bilər, qalan günlərdə isə Omega-3 yağını digər qidalardan, ya da kapsuldan ala bilərsən.
20. Qırmızı əti azalt. Qidalanmada tərəvəzə üstünlük verənlərin diyabet xəstəliyinə tutulma riski qat-qay azdır. Bu insanların ürək-damar sistəmində xəstəliklərdə çox nadir görünür.