Daha sağlam, daha xoşbəxt bir həyat səni geri atan, əhvalını pozan şeyləri özündən uzaqlaşdıranda başlayır. Bu gözünə çox xırda görünən adi və ya məcbur olduğunu düşündüyün gözündə böyütdüyün bir şey ola bilər. Unutmaki fər bir fərd başqadır. Hamının standart qaydalarına əməl etməkdənsə öz qaydalarını özün qoy.
Hədsiz dərəcədə tez-tez çəkini ölçməyi tərgid. Son iki saatda yarım kilo arıqlamamısan. Olsa da bunun nə önəmi var axı. Bəli sağlamlıq vacibdir, bəli artıq çəki bərabərində xəstəlik də gətirir. Hədəfin önəmlidir. Amma sən tərəzidəki rəqəmdən ibarət deyilsən. Gününü bir əşyanın pozmağına icazə verirsənsə ciddi dəyişikliklər etməyin vaxtıdır.
Stresi həyatından uzaqlaşdır. Demək etməkdən daha asandır, bəli. Stresi uzaqlaşdırsan daha rahat yatarsan, daha yaxşı işləyə bilərsən, daha yaxşı ailə üzvü və dost ola bilərsən, daha sağlam olarsan. Evdə meditasiya sahəni yarat, akupunktur yoxla, stresi azaldan hərəkətlər et, yoqa ilə məşğul ol. Səni stresdən nə azad edir tap və et.
Sevmədiyin yeməkləri yemə. Bir izləyicim avokado sevmədiyini demişdi. Bu o demək deyil ki, o sağlam qidalanmır. Bu o deməkdir ki, o avokado sevmir. Onun yerinə kifayət qədər sağlam qida var dünyada. Sənin zövqünə uyğun, sevdiyin sağlam yeməkləri kəşf et. Beləcə sağlam qidalanmağa daha da həvəsli olacaqsan.
Bədənini düzəltmək üçün idman etməyi burax. Sənin bədənin gözəldir, sənə uyğun olaraq unikaldır. İdman səni sağlam, formda, yüngül edə bilər? Bəli. Sənə bütün günü izlədiyin fitnes modelin və ya Hollywood ulduzunun qollarını, qarnını, ayaqlarını verə bilər? Xeyr. Hər kəsin genetikası fərqlidir. Bədənini sevdiyin üçün idman et, bəyənmədiyin üçün yox. Özünün ən yaxşı halı olmağa çalış.
Özünə qarşı qəddar olma. Mənfi düşüncələr və özünü pisləməyin sənin sağlamlıq hədəfini korlaya bilər. Sevdiyin birinə deməyəcəyin bir şeyi özünə də demə.
Kaloriya saymağı tərgid. Gün ərzində qəbul etdiyin kaloriya miqdarı nə qədər sağlam yediyini göstərmir. Sən 1,200 kaloriya şirniyyatdan ala bilərsən, və ya 2,000 kaloriya vitaminlərlə zəngin tərəvəzlərdən və ətdən ala bilərsən.
Mükəmməl olmağa çalışma. Heç kimin mükəmməl qida həftəsi yoxdur. Heç kim mükəmməl çəkidə deyil. Heç kimin mükəmməl bədəni yoxdur. Sən də daxil olmaqnan. Real olmayan hədəflər səni daha da çox stresə salacaq və özünə qarşı mənfi fikirlərin yaranacaq. Biz bunları keçmişik artıq!
Yeməyi mükafat olaraq istifadə etmə. “Yemək yeməkdir. Enerji və zövq üçün istifadə edilə bilər. Lakin mən ondan ibarət deyiləm.” sevimli ifadələrdən biridir. Lakin yeməyi idmandan sonra mükafat kimi istifadə etməyin yeməklə aranda sağlam olmayan münasibət yaradır. Yeməyi istədiyin üçün ye, qazandığın üçün yox.
Sevmədiyin idmanı etmə. Qaçmağı sevmirsənsə bu normaldır. Eynilə fitnesi, boksu, pilatesi və ya yoqanı sevməyə bilərsən. Sevdiyini tap. Yeni və fərqli idmanlar, zallar, məşqçilər yoxla. Evdə idman etməyi yoxla. Nə edirsənsə et, təki sevdiyini et. Onda sənə əyləncə kimi gələcək, daha xoşbəxt edəcək səni.
Bəhanələr yaratmağı qurtar. Bəli dincəlmək vacibdir, amma hər gün dincəlmək günü edirsənsə, o diyetə hər gün sabah başlayacam deyirsənsə özünlə danışmağın tam vaxtıdır. Nə istədiyinə həyatının necə olmasını istədiyinə qərar ver. Sağlam həyat yaşamaq istəyirsənsə dəyişməyə başla və bədəninin qeydinə qal. Hamımız yoruluruq. Hamımızın görəsi minlərlə işi var. Hamımızın qaçırtmaq istəmədiyi kino və ya serial var. Hamımızın dostlarıynan planı, gələcək səyahəti var. Lakin harda olursansa ol idmanını etməyin, düzgün qida seçimləri etməyin hər zaman yolu vardır.