Çay əvəz olunmazdır, bitki çayı daha da əvəz olunmazdır. Bunlar gündəlik həyatda istifadə etdiyim çayların bir qismidir. Hər bir bitki çayının bir xəstəliyə faydası vardır. Mən isə bu çayları çox vaxt rahatlamaq və dadmaq üçün içirəm. Ümid edirəm siz də həyatınızda onlara yer açarsınız.
Matcha Çayı
Matcha yaşıl çayı keyfiyyəti və saysız faydaları ilə məşhurdur. Sizin immun sisteminizi və həzm sisteminizi inkişaf etdirmək, xərçəng və digər ölümcül xəstəliklərin səbəblərinin qarşısını almaqla yanaşı, bu çay toxuma hüceyrələri gücləndirmək və bədənin tez yaşlanmasının qarşısını almaqla da tanınır. Matcha çayı antioksidanlarla zəngi olduğundan sizin bədəninizi hüceyrə səviyyəsində zədələnməələrdən və zərərli maddələrdən qoruyur. Həmçinin artıq yağları kənarlaşdırmağa və ürək-damar sağlamlığını möhkəmləndirməyə kömək edir.
Qırmızı Yonca Çayı
Qırmızı yonca bitki çayı qadınlar arasında menapozun əlamətlərini və narahatlığını yüngülləşdirmək bacarığı ilə tanınır. Bir stəkan qırmızı yonca çayı yaranan istiliyin tezliyini və intensivliyini azaldır. Bu çay həm də yuxunu yaxşılaşdırır, sümükləri gücləndirir və depressiyanı azaldır.
Darçın Çayı
Darçın çayının tərkibində çox güclü antioksidan, antibakterial, antiviral maddələr vardır. Həzm sisteminə faydalıdır, viruslarla mübarizə apararaq narahat mədəni sakitləşdirir. Müntəzəm olaraq darçın çayı içmək sizin qan şəkəri səviyyənizi stabil saxlamağa kömək edir. Bir çox insan darçın çayını həmçinin arıqlamağa dəstək olduğu üçün içir.
Çobanyastığı Çayı
Çobanyastığı çayı ən çox yuxusuzluq problemləri olanların köməyinə çatır. Bundan əlavə qədim zamanlardan təbii dərman sayılan çay şəkər xəstəliyinin yan təsirlərini – görmə zəifliyi, sinir zədələnməsi və böyrək problemlərinin qarşısını alır. Öskürək və bronxit zamanı və ya soyuqdəymə və qızdırmada çobanyastığı çayı içmək məsləhət görülür. Ağız iltihablanması zamanı qarqara olaraq da istifadə edilə bilər.
Limon – Zəncəfil Çayı
Zəncəfilin tərkibindəki fəal zingiber adlı maddə, və limonun tərkibindəki immun gücləndirci maddələr limonene və pektin, bu möhtəşəm ikilini bakterial infeksiyalara qarşı effektiv silah edir. Soyuqdəymə zamanı çaya bal əlavə edərək daha güclü tərkib əldə edə bilərsiniz.
Nanə Cövhəri Çayı
Nanə cövhəri çayı, mədə bulantıları, və şişkinlikdən azad olmaq üçün içilir. Bədəni isidərək tərləməsinə kömək edir. Bundan əlavə əzələ spazmlarını da rahatladır. Gündəlik olaraq stresi azaltmaq xüsusiyyətinə görə geniş istifadə olunur.
İtburnu Çayı
İtburnu bitkilərdən gələn ən yaxşı C vitamini mənbəyidir. C vitamini immun sistemi, dəri və toxuma sağlamlığı üçün vacibdir. Şəkər xəstələri qan şəkərini stabil saxlamaq və xəstəliyin irəliləməsinin qarşısını almaq üçün istifadə edə bilərlər.