Kokos Yağı

Kokos yağının sağlamlığa bir çox faydası vardır. Bunlardan bəziləri dəriyə qulluq, saça qulluq, arıqlamaq və xəstəliklərə qarşı gücləndirməsidir. İnsanlar bu möcüzəvi yağ haqqında məlumatlandıqca dünyada kokos yağı daha da məşhurlaşdır. Gəlin bu yağın bəzi faydalarını və istifadə yerlərini öyrənək.

Dəriyə qulluq. Kokos yağı bütün növ dərilərə uyğun nəmləndirici masaj yağıdır. Bundan əlavə, sədəf və ekzema kimi dəri xəstəliklərinin müalicəsinə də kömək edir. Məhz bu səbəbdən kokos yağı bir çox bədənə qulluq məhsullarının tərkibində yer alır.

Saça qulluq. İtirilən zülal miqdarı saçın keyfiyyətini və sağlamlığını da itirməyə səbəb olur. Kokos yağı bunu bərpa edərək saçın sağlam uzanmasına kömək edir və parlaqlıq qatır. Yağı saçınızı yumaqdan əvvəl saç dərinizə masaj edin, sonra maska kimi saçınıza sürtün və ən az yarım saat saxlayın. (Çox yağlı olduğundan az miqdarda istifadə etməyə çalışın ki, sonra yuyulanda yağlılığı getsin). Təbii məhsul olduğundan uşaqlarda da istifadə edilə bilər.

Ürək xəstəlikləri. Kokos yağı tərkibindəki doymuş yağ miqdarına görə səhvliklə bəziləri tərəfindən sağlamlığa zərərli sayılır. Həqiqətdə isə bu ürək sağlamlığına faydalıdır. Tərkibində yüksək miqdarda olan lauric turşusu yüksək xolesterol və qan təzyiqi kimi ürək problemlərinin yaranmasının qarşısına almağa kömək edir.

Arıqlamaq. Kokos yağının tərkibindəki yağ asitləri arıqlamağa kömək edir. Mədəaltı vəzinin üzərindəki stresi aradan qaldıraraq metabolizmani sürətləndirir, beləcə bədənin daha çox enerji sərf etməsinə kömək edir. Tropik zonalarda yaşayan insanlar kokos yağını gündəlik yemək bişirmə yağı olaraq istifadə etdiklərindən artıq çəkili olmurlar.

Ağız sağlamlığı. Kalsiumun dişlərimiz üçün vacib element olduğunu hamımız bilirik. Kokos yağı bədənə kalsiyumun absorbsiyasını asanlaşdırır, beləcə güclü dişlərə sahib olmağa kömək edir. Bundan əlavə, ağızı kokos yağı ilə qarqara edərək mikrobları təmizləyə, diş ərpini azalda və dişlərinizi ağarda bilərsiniz.

coconut-oil

Kokos yağı çox vaxt atletlər, bədən inkişaf etdirənlər və diyetdə olanlar tərəfindən istifadə edilir. Bunun səbəbi kokos yağının digər yağlara nisbətən daha az kaloriyalı olması və bu yağın asanlıqla enerjiyə çevrilə bilməsidir. 

Kokos yağı alarkən onun soyuq sıxma olmasına və tərkibində əlavə şəkər və başqa maddələr olmamasına diqqət yetirin. Birbaşa günəş işığının altında saxlamayın. Kokos yağı otaq temperaturunda, yəni 24-25 selsi dərəcədə əriyir. Soyuducuda saxladıldıqda isə bərk forma alır. Sizə rahat olan şəkildə saxlaya bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma