Düzgün Geyimin İdmanda Əhəmiyyəti

Ingilis dilində belə bir deyim var – “dress for success”. Yəni əldə etmək istədiyin uğura uyğun geyin. Bu idmana da aiddir. Seçdiyin geyim sənin etdiyin idmanın effektivliyinə təsir edir. Xaricdə idman zalına girmək üçün geyim şərtlərinə uyğun olmalısan, əks halda ödəniş etsən belə səni zala buraxmamaq hüquqları var. Azərbaycanda zallarda bu ciddiyyət yoxdur (təəssüfki). Çöldə geyinilən, idmana uyğun olamayan ayaqqabı ilə, cins şalvar və ya cimərlik şortiki ilə rahatca zala girə bilərsiniz. Axı niyə də yox? Onsuzda tərləyəcəksən, geyimin çirklənəcək, əl altda olan təmiz pambıq koftanı geyinib idman edə bilərsən axı. Əgər belə düşünürsənsə, sənə pis xəbərim var. İdmanı sağlamlıq üçün etmirsən, bu da o deməkdir ki, özünü kifayət qədər sevmirsən. 

İndi isə hazır ol. İdman geyiminin idmanına və bədəninə olan təsirini öyrənəcəksən.

Geyim

İdman geyimini bəyənəndə, daha həvəsli idman edəcəksən. Burda təkcə söhbət görünüşdə yox rahatlıqdadır. Bədəninə tam oturan içində rahat hərkət edə bildiyin və sənə ağırlıq etməyən geyimdə daha rahat olub, özünə inamlı idman edəcəksən. Dəmir alətlərdən istifadə edirsənsə əlcəyin yanında olsun. Beləcə əlini döyənəklərdən qoruya bilərsən.

Cins geyimdə idman etmək hərəkət zamanı elastik olmadığından oynaqlarında ciddi zədələnməyə yol aça bilər. Enli, boş şalvar hərəkət zamanı, xüsüsi ilə də kardiyo alətlərində hərəkətinizi çətinləşdirərək performansınızı azalda bilər. İdman şalvarı olaraq polister, bədənə oturan lasin seçə bilərsən Almazdan qabaq geyin və squat et. Əgər alt paltarını göstərmirsə ala bilərsən. Göstərirsə deməli dardır və kənardan görünüşü xoşagəlmzdir.

Eynilə də üst geyiminiz pambıq olmamalıdır. Pambıq təri özünə çəkir, bu da hərəkət zamanı sürtünmələrdən dərini qıcıqlandıra bilər. Bədənə yapışan tərə qarşı olan koftanın üstündən o enli rahat pambıq t-shirt-ünü geyinə bilərsən. Sən etdiyin hərəkət zamanı hoppanmalı olursunsa, əzələlərin və yağın da “hoppanıb düşür” və ağırlıq yaradaraq səni yorur. Bədəninə oturan, boş olmayan geyim onların hərəkətinin qarşısını alaraq sənin etdiyin idmanın daha təsirli olmasına kömək edir.

İdman büstqalterləri sadəcə gözəl görünüş üçün deyil. Almazdan əvvəl yoxla, hoppan, otur, idman et içində. Rahatlığına fikir ver. Çox dar və (yenə) təmiz pambıq olmamalıdır.

Ayaqqabı

Əvvəla idmana geyindiyin ayaqqabının altı təmiz olmalıdır. Hər gecə libasınızın altına uyğun fərqli hündürdabanlı ayaqqabı ala bilirsənsə inanıram idman üçün də ayrıca bir dəst ayaqqabı ala biləcəyinə inanıram. İdman ayaqqabısı ayağına boş olmamalıdır. Keds, Vans. Converse fitness üçün uyğun ayaqqabılar deyil. Dabanı çox alcaq olduğundan ağırlıqlarla işləyən zaman topuğunu zədələyə bilərsən. Nike Air də fitnessə uyğun deyil, çox ağırdır və elastik deyil. İdman ayaqqabısı alarkən dabanının rahat, özününsə elastik (bükülə bilən) olmasına diqqət yetir.

Bu slaydşou üçün JavaScript lazımdır.

Düzgün idman geyimi seçmək fitness və sağlamlıq hədəfinə gedən yolda birinci uğurundur. İdman geyiminə əlavə xərc kimi baxma. Bu sənin sağlamlığın, rahatlığın və zədələnmədən qorunmağın üçün əvəzolunmazdır. Bundan əlavə idmana gedərkən su və təmiz dəsmal göterməyi unutma. 🙂 

Düzgün Geyimin İdmanda Əhəmiyyəti” üzərinə bir şərh

  1. Geri bildiriş: Öz idman cədvəlini özün qur! | Healthier Azerbaijan

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma