Axşam çox yeməməyin sirləri

Səhər yeməyi avokado dilimləri və yumurta, günorta yeməyi salat və buxarda bişmiş toyuq, axşam yeməyi isə pizza, kartof qızartması və dondurma. Uuups. Tanış gəlir?

Bütün günü sağlam qidalanmaq çətindir. Yorğun bir günün sonunda evə gələndə soyuducuya hücum etməyini başa düşürəm. Amma axşam həddindən artıq çox yemək kökəlməyə, şişkinliyə və yuxu problemlərinə səbəb olur. Aşağıdakı məsləhətlərlə hər şeyi kontrolda saxlaya bilərsən.

1) Özünə qadağa qoyma.

İştahını, ən əsası gözünü tox tutmaq üçün sevdiyin yeməklərdən gün boyu biraz yeyə bilərsən. Çayın yanında bir balaca qara şokolad buna misal ola biler. Xeyr, bir paket balaca deyil.

2) Kifayət qədər ye.

Bəzən axşamlar artıq yeməyinin səbəbi gün içində kifayət qədər yeməməyin ola bilər. Kalori hesabı ilə yeyirsənsə, və ya o qədər məşğulsansa yemə yadına düşmür, onda, əzizim, axşam soyuducuya hücum etməyin gözlənilməz bir hal deyil. Hər yeməyi ye və günortadan axşama kimi ac qalma. Yanında sağlam qəlyanaltı həmişə olsun.

3) 3 sehirli rəqəmdir.

Səhər və günorta yeməklərində sən bu üç şeyi yeməlisən – zülal, karbohidrat və yağlar. Bunlardan birini yeməməyin gün boyu sən ac və enerjisiz qoyar. Hər yeməkdə 20-30 qram zülal yeməyə çalış. Karbohidratdan qorxma, sənə enerjini onlar verir. Avokado, zeytun yağı, qoz və kətən toxumu sağlam yağlardandır və hər yeməyin bir parçası olmalıdır.

4) Yemək üçün yaşama, yaşamaq üçün ye.

Axşam yeməyini yavaş yavaş ye. Hər tikəni kifayət qədər dişlə və mədənin hər tikəyə reaksiyasına fikir ver. Yeməyin ortasında 10 dəqiqəlik ara verə bilərsən. Bu arada həqiqətən doyub doymadığını biləcəksən. Sən yaşamaq üçün yeməlisən. 80 faiz doyanda yeməyini bitir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma