Daha Sağlam Səhərlər

Səhərlər hər zaman günün ən yaxşı hissəsi olmur. Çox vaxt qaçaqaç, yuxulu halda harasa tələsməkdən ibarət olur. Bəzən isə sadəcə yataqda biraz daha yuxu deyə yalvararaq keçir. Halbuki, səhərlər günümüzün ən gözəl vaxtı olmalıdır. Günə gümrah başladıqda gün də elə keçir. Bu 7 məsləhətə əməl edərək səhərləri daha sağlam edə bilərsiniz.

  1. Telefon və komputerinizdən ən az 20 dəqiqə aralı durun. Yəni, oyandığınız ilk 20 dəqiqədə nə telefona baxın nə də komputerə. Bəs saatı hardan bilək deyirsinizsə, özünüzə saat alın.
  2. Oyanan kimi dartınma hərəkətləri edin. Bədəniniz, əzələləriniz açılsın günə daha hazır olsun.
  3. Ən az 5 dəqiqə meditasiya edin. Özünüzü dinləyin, günə qaçaqaç ilə yox sakit başlayın. Sizə məsləhətim, bunu yatağınızda etməyin. Yeni başlayırsınızsa yenidən yuxu tuta bilər.
  4. Dişlərinizi fırçalamadan öncə təbii yağla ağızınızı çalxalayın. Məsləhət görülən vaxt 15 dəqiqədir. Yeni başlayanlar bir və ya üç dəqiqədən başlayıb zamanla artıra bilər. Bu proses ağızdakı mikrobları tımizləyir, nəfədi təravətləndirir, diş ərpini təmizləyir və diş ətini sağlam edir. Mən kokos yağı istifadə etməyi üstün tuturam. Zeytun və susam yağları da istifadə oluna bilər.
  5. İlıq su için. Səhər ac qarnına su içmək organizmi gücləndirər. Lakin suyun nə soyuq nə də isti olmamağına diqqət yetirin.
  6. Səhər yeməyinizə zülal əlavə edin. Səhər oyananda bədənimizin zülala ehtiyacı olur. Bunun üçün səhər yemıyində yumurta, kəsmik və digər zülal tərkibli qidalara yer ayırın.
  7. Gəzin. Bir sonraki dayanacağa qədər gəzin. Maşını düz evin qabağında yox, kənarda park edin. Bədən səhər aktiv olarsa gün boyu da yorulmaz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma