Bananlı Çörək

Bananlı çörəyimiz sağlam olsun deyə şəkərin yerinə bal, yağ olaraq kokos yağı, un olaraq da kəpəkli un istifadə edilir. İkinci vacib məqam isə, bananların yetişmiş olmasıdır. Tam yetişmiş banan yumuşaq olur və qabığında qara “ləkələr” müşahidə olunur. İndi isə başlayaq çörəyimizi bişirməyə. 🙂

bananlicorek

Tərkibi:

  • 2 ədəd yumurta
  • ½  stəkan əridilmiş kokos yağı (ya da zeytun yağı)
  • ⅓ stəkan bal
  • ¼ qatıq (ya da süd)
  • 1 stəkan əzilmiş banan (təxminən 2-3 orta boy banan)
  • 1¾ stəkan kəpəkli un
  • ½ çay qaşığı darçın (istəyə görə)
  • 1 çay qaşığı qabartma tozu
  • ½ çay qaşığı duz
  • ½  stəkan doğranmış qoz (və ya kişmiş, şokolad parçaları)(istəyə görə)

Bişirmə qaydası:

  • Sobanı öncədən 180 dərəcədə isidin. Bişirəcəyiniz qabın içini yağlayın.
  • Orta boy qabda unu, darçını, qabarta tozunu və duzu qarışdırın. Kənara qoyun.
  • Böyük boy qabda yumurtaları, yağı, balı və qatığı 2 dəqiqə boyunca qarışdırın. Mikser şərt deyil. Əl çırpıcısı ilə də qarışdıra bilərsiniz. Üzərinə əzilmiş bananları, un qarışımını (ələkdən keçirsəniz daha yaxşı olar) və doğranmış qozu əlavə ediniz və qarışdırınız. Alınan qarışım axıcı olmayacaq.
  • Əldə edilən qarışımı öncədən yağladığınız qaba qoyun, üzərini zövqünüzə görə qoz, darçın və s. ilə bəzəyin. 50-55 dəqiqə ya da içinə batıracağınız diş çöpü təmiz çıxana qədər bişiriniz. Çalışın çörək şişmədən sobanın ağzını açmayasınız. Hazır olduqdan sonra 10 dəqiqə gözlədin, sonra doğrayıb yeyə bilərsiniz. Mənimlə paylaşmağı unutmayın! 🙂

Qeyd: Bu çörək 12 porsiyalıqdır. 1 porsiyası təxminən 210 kaloriya, 25 gram karbohidrat və 5.5 gram zülaldan ibarətdir. İstifadə edəcəyiniz məhsullara görə dəyişə bilər.

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma