İdmanın 7 faydası

1. Arıqlamağa kömək edir.

Metabolismanı sürətləndirir, daha çox kaloriya yandırır. İdmanın təsiri idmanı bitirdikdən sonra belə gen içində davam edir.

2. Əzələ və sümükləri gücləndirir.

Insanlar yaşa dolduqca əzələ kütləsi itirirlər. Bu da bir çox zədələnmələrə gətirib çıxarır. Daimi olaraq fiziki aktiv olmaq əzələ itkisinin qarşısını alır, və yaşa dolduqca gücünüzü qoruyur. Cavan yaşlarda idmanla məşğul olarkən sümük sıxlığı artır, bu da gələcəkdə osteoporoz olmağın qarşısını alır.

3. Enerji və xoşbəxtliyi artırır.

İdman etmək həm sağlam insanlarda həm də xüsusi tibbi vəziyyəti olan insanlarda enerjini yüksəldir. Bundan əlavə idman əhval-ruhiyyəni artırır, stres ve depressiyanı azaldır.

4. Xroniki xəstəlik riskini azaldır.

Fiziki aktivliyin az olması xroniki xəstəliklərin əsas səbəblərindən biridir. Daim idman etmək insulin həssaslığını inkişaf, ürək sağlamlığını inkişaf etdirir, qan təzyiqini tarazlayır və qanda yağ səviyyəsini azaldır. İdman edilmədikdə yaşla bərabər altan qarın nahiyəsindəki yağlat şəkər xəstəliyinin və ürək xəstəliklərinin yaranma riskini artıra bilər.

5. Beyini inkişaf etdirir və yaddaşı gücləndirir.

İdman etmək beyinin funksiyalarını inkişaf etdirir, yaddaş və düşünmə qabiliyyətlərini qoruyur. Fiziki aktivlik ürək döyüntüsüne artırır, qan dolaşımını sürətləndirirvə beləcə beyinə daha çox qan və oksigen axını olur. Bundan əlavə beyin hüceyrələrini gücləndirən hormanların artımını təkan verir.

6. Yuxu keyfiyyətini artırır.

Mütəmadi idman etmək, stresi azaldır, bununla bərabər bədən temperaturunu tarazlayaraq daha yaxşı yatmağa kömək edir.

7. Ağrını azaldır.

Əvvəllər xroniki ağrıların müalicəsi uzanıb dincəlmək idi. Lakin araşdırmalar göstərir ki, ağrıyan bölgəyə uyğun idman etmək ağrıların azalmasına kömək edir.

İdmanın 7 faydası” üzərinə bir şərh

  1. Geri bildiriş: İdmanın 7 faydası — Healthier Azerbaijan — Günel Fərhadqızı Emin (Antimental)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma