Qaçmağa başlayanlara 5 məsləhət.

Qaçmağa başlamağa qərar verdin. Təbriklər!!

Bəs necə başlamalı?

Bu 5 məsləhət yeni başlayarkən sənə kömək olacaq.

1.İlk qaçışın nə qədər sürətli olmalıdır? Nə qədər məsafə getməlisən? Bəs ara verə bilərsən?

İlk qaçış üçün ideal vaxt 30 dəqiqədir. Sürətli qaçmaqdansa yavaş qaç. Enerjini sona qədər bərabər bölməyə çalış. İlk qaçışını intervallarla et. Məsələn;

30 dəqiqə; 4 dəfə 5 dəq. qaçış + 3 dəq. yerimək

30 dəqiqə; 3 dəfə 8 dəq. qaçış + 2 dəq. yerimək

30 dəqiqə; 2 dəfə 10 dəq. qaçış + 5 dəq. yerimək

Runtastic programından istifadə edərək ortalama sürətini də öyrənə bilərsən.

2.Düzgün ayaqqabını necə seçməli?

Qaçmaq üçün sənə ən lazımlı avadanlıq düzgün ayaqqabılardır. Normal ayaqqabılarından yarım ölçü böyük götürmək məsləhət görülür. Beləcə qaçarkən barmaqların sıxılmayacaq. Ayaqqabı eyni zamanda ağır da olmamalıdır. Düzgün ayaqqabıya investiya etməkdəən çəkinməyin, və bədəninizə, çəkinizə uyğun ayaqqabını seçərkən mütəxəsislərin köməyini istəyin.

3.Düzgün qaçış geyimini necə seçməli?

Hava istidirsə çalışın hava keçirdən, lakin pambıq olmayan materiyaldan olan geyimlər seçəsiniz. Geyiminiz sizi sıxmamalıdır. isti havalarda isə üst-üstə geyinməkdən çəkinin. Bunun yerinə düzgün termal, həm isti saxlayan həm də hava keçirdən jaketlərdən istifadə edin.

4. Qaçmağa başlamadan öncə isinmə hərəkətləri mütləqdir.

İsinmə hərəkətləri bədənin temperaturunu qaldırır, əzələlərə lazımi enerjini çatdırır. İsinmə hərəkətləri edərək, qaçış zamanı oynaqların zədələnmə ehhtimalını azaldırınız.

5. İdmandan sonra dartınma hərəkətləri edin.

Dartınma hərəkətləri bədənin elastikliyi artırır. Yarana biləcək əzələ ağrılarını və zədələnmələri azaldır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma