Yağda yemək bişirmək sağlamdırmı?

Yağda yemək bişirmək ən müzakirəli mövzulardan biridir. Ona görə bu mövzuda, araşdırmalarıma əsasən gəldiyim qərarları sizinlə bölüşmək istədim.

1.Ən idealı buxarda bişən yeməkdir.

2.Yağlar bizim üçün vacibdir. Lakin, bişirmək və qızartmaq arasında fərq var. Artıq yağ rəngini dəyişirsə, buxar çıxarırsa o qızarmış, yanmış yağdır, daha doğrusu kanserojendir. Kanserojen xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olan maddələrə deyilir. Bu haqda ayrı yazacağam.

3.Zeytin yağı ən gec yanan yağ kimi bilinir. Ona görə də, onunla yemək bişirmək daha sağlam hesab olunur.

zeytin yağı

4.Tərəvəz yağları, soya, qarğıdalı, günəbaxan və s. bir çox prosesdən keçdiyi üçün, qida dəyərləri aşağıdır. Yəni, işlətməyin çox da mənası yoxdur.

5.Toxum yağlarının əksəriyyəti tez yanan yağlardır və onlarla yemək bişirmək məsləhət görülmür. Lakin, Susam toxumundan əldə edilən yağ gec yanır. Buna görə də Asiya mətbəxində sağlam yağ kimi xüsusi yeri var.

Sesame seeds and bottle with oil on a old wooden table,Sesame oi

6.Kərə yağı faydalı yağ olsa da, yüksək temperaturda tez yanır. Qida dəyərinə görə sağlam sayılan kərə yağını az temperaturda bişirmək lazımdır, margarindən isə hər zaman uzaq durmaq.

7.Bişirdiyiniz ət də yağlı olur və yanarkən kanserojen maddə yarada bilər. Ona görə ideal halda, ət ilə tavanın arasına ayrı xüsusi bir qat qoyub bişirmək lazımdır ki, ətdən axıb tökülən yağ bir də özünə yapışmasın.

Qızardılmış ət və tərəvəzlər

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma