Yulaflı sağlam çörək resepti

Evdə hazırlaya biləcəyiniz unsuz sadə bir çörək resepti paylaşmaq istəyirəm.

Tərkibi:

  • 1 ədəd yumurta 
  • 1 stəkanı qatıq
  • 3 xörək qaşığı zeytun yağı
  • 2,5 stəkan yulaf unu ( blenderdə yulafı un hallına gətirə bilərsiniz
  • 1 ədəd xırda rəndələnmiş kök
  • 1 stəkan kəsmik (istəyə görə şor)
  • Bol şüyüd (miqdarı istəyə görə)
  • 1 xörək qaşığı qabartma tozu
  • 2 çay qaşığı duz

Üzərinə:
1 ədəd yumurta sarısı və istəyə görə çörəkotu, kətəntoxumu, yulaf və s.

Hazırlanma qaydası:

  • Ocağı 180 dərəcədə isidin.
  • Yumurta, qatıq və zeytun yağını qarışdırın. Mikserə ehtiyac yoxdur. Əl çırpıcısı ilə olar.
  • Yavaş yavaş əvvəlcədən blenderdə hazırladığınız yulaf ununu əlavə edin. Kök, kəsmik, şüyüd, qapartma tozu və duzu əlavə edərək xəmiri yoğurun.
  • Əlinizlə istədiyiniz boyda hissələr qopardın və ovucunuzda yuvarlaşdıraraq bişirəcəyiniz listə qoyun. Hazırlanan xəmir yapışqan olduğundan əlinizi isladıb sonra parçaları qopardsanız daha rahat olacaq.
  • Üzərinə yumurta sarısı sürtün istəyə görə çörəkotu, yulaf və s. səpin.
  • Əvvəlcədən qızdırdığınız sobada 20-25 dəqiqə bişirin.
  • Sobadadan çıxartdıqdan sonra soyumasını gözləyiniz.

Yeməzdən əvvəl #healthieraz ilə paylaşmağı unutmayın. Nuş olsun!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma