Vegetarian Olmaq ya Olmamaq

Təbii ki, bu sizin öz qərarınızdır, və məncə səhv ya düz olanı yoxdur🙅. Lakin, əgər bu qərarı verisinizsə, tamamilə nə demək olduğunu bilməlisiniz öncə🤔. Bu sadəcə ət yeməmək demək deyil.

Elm bitki mənşəli qidalanmanın bədən üçün faydalı olduğunu deyir. Lakin, bitki mənşəli qidalanmaq səni birbaşa sağlam etmir , burda da düzgün balansı tapmaq lazımdır.

  • Ət yeməmək🐮🐔🐟. Ümumiyyətlə vegetarian qidalanma tərəvəz, meyvə, taxılkimilər, yumurta və süd məhsullarından ibarətdir. Ət yeməməyə başladığın an, tərəvəzlərdən və digər gidalardan daha çox yeyib bədənə lazımlı olan maddələri, əzələlər üçün lazım olan amino asidləri çatdırmağa diqqət etməlisən👆. Çünki, ət yeməmək dəmir, B qrup vitaminlər, zülal və omega yağları almamaq, və kifayət qədər doymamaq deməkdir.
  • Sağlam olmayan vegetarian‍🙅. Əgər ətin yerini faydalı, qida dəyəri yüksək alternativlərlə doldurmaq yerinə, çörək, cips, qəlyanaltılarla mədəni dolduracaqsansa, vegetarian olmamaq daha yaxşıdır bəlkə də. Çünki, üzərində hər vegearian yazılan qida onu dərhal sağlam etmir.
  • Dəmir lazımdır💪. Digər aldığın dəmir ətdən aldığın qədər təsirli deyil, çünki bədən onları özünə çəkib saxlaya bilmir. Qidalanmana soya, tofu, yaşıl yarpaqlı göyərtilər əlavə edə bilərsən. Bir çarə də təbiiki əlavə Dəmir dəstəyi almaqdır. Dəmirin bədənə çəkilməyini artırmaq üçün isə C vitamini ilə zəngin meyvələrdən istifadə edə bilərsən. Eyni əksikliklər B12 vitamini, Omega-3 və zülala da aiddir👆. Onları tərəvəzlərdən almaq çətin olduğu üçün bitki mənşəli qida əlavələrindən, məsələn kətən toxumu yağından istifadə edə bilərsən.
  • Vegetarian olmaq arıq olmaq deyil🙅. Əgər vegetarian qidalanmanızın səbəbi arıqlamaqdırsa bu o qədər də asan deyil. İstər vegetarian ol ya da olma, sağlam arıqlamaq düzgün balanslı yemək, idman etmək və kaloriya defisiti yaratmaqla əldə edilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma