Təzə idmana başladıqda əzələ ağrıları normaldır💁. Hətta bu ağrılar 1-2 gün davam edə bilər.
Lakin bir neçə məşqdən sonra bu ağrılar artıq olmur, və ya bir neçə saata keçir💆. Bu ağrıdan qorxmağa ehtiyac yoxdur🙅. Bu ağrını bəhanə edib idman etməmək isə sizə ancaq zərər verər Çünki, əslində sağlam bədəndə belə ağrı olmalı deyil.

Bir də narahat olmalı olduğunuz ağrılar var, sümük və oynaq ağrıları kimi. Hərəkəti səhv etdikdə, tələsərək etdikdə, sərt yerdə hoppanmalar, uyğun olmayan idman ayaqqabısı ilə edilən idmanlarda əzələ yox sümük və oynaq ağrısı hiss edə bilərsiniz. Bu zaman məşqə ara verin və dincəlin. Yenidən məşqə başadıqda bu amillərə diqqət yetirin:
1.İlk məşqlərdən limitinizi keçməməyə çalışın. Bədən ağırlığı ilə idman edin və ya kiçik ağırlıqlarla işləyin. Hərəkətləri tez-tez etmək yerinə, düzgün etməyə çalışın, mümkündürsə güzgü qarşısında idman edin🏋️. Ağrılar keçdikcə ağırlığı, hərəkətin çətinliyini artıra bilərsiniz.

2.Düzgün ayaqqabı seçin👟. Hər idman ayaqqabısı fitness üçün və ya qaçmaq üçün uyğun deyil🙅 Ümumiyyətlə keyfiyyətli ayaqqabıya qənaət etməyin, çünki sizi ayaqlarınızın daşıyır, və sağlamlığınız onlardan çox aslıdır.

3.Dartınma hərəkətlərini heç olmasa idmandan sonra mütləq edin💁. İdman etdiyiniz bölgəyə uyğun edilən dartınma hərəkətləri bölgəyə düşən stresi azaldacaq.

4.Təkcə fitnesslə kifayətlənməyin 🏊. İmkan daxilində üzgüçülüyə, yogaya da getməyə çalışın.
