
Do Androids Dream of Elecetronic Sheep | Philip K. Dick
Dünya nüvə savaşlarının nəticəsində zədələnmiş, bir çox heyvanların radiasiya nəticəsində nəsli tükənmişdir və ya da nəsli tükənmək təhlükəsi ilə üz-üzədir. Beləcə heyvan sahibi olmaq yüksək səviyyə göstəricisidir. İnsanlar isə, robot heyvanlar alaraq statuslu olduğunu göstərməyə çalışır, bir yandan da həqiqəti qonşularından gizlədir. Əsl heyvan almaq isə böyük bir arzudur. Artıq, insanlar başqa planetlərdə yaşayırlar və onların gündəlik həyatlarında robotlar böyük rol oynayır. Lakin, bəzi robotlar sahiblərini öldürüb dünyaya qaçırlar. Robot ovçusu Rick Deckarda 6 ədəd qaçmış Androidi öldürmək vəzifəsi verilir. Lakin, texnologiya elə inkişaf etmidir ki, robotları insanlardan ayırd etmək getdikcə daha çətnləşir. Robotlarda isə, insanlara olan bir xüsusiyyət yoxdur, empatiya qurmaq bacarığı. Distopiya janrında kitabları sevirsinizsə, yazarın bir çox kitablarını sevəcəksiniz.

Veronika Decides to Die | Paulo Coelho
Slovenialı Veronika hər şeyi olmağına baxmayaraq həyat eşqini itirir və özünü öldürmək qərarına gəlir. Lakin, gözlərini psixatriya xəstəxanasında açır və öyrənir ki, ölmək üçün qəbul etdiyi dərmanlar ürəyinə xəsarət yetirib və yaşamaq üçün bir neçə günü var. Xəstəxana digər xəstələrlə yaxınlıq qurur, onlardan yeni şeylər öyrənir. Öləcəyini bilən Veronika, son günlərini azad, kim nə deyər və ya düşünər fikirləşmədən yaşamaq qərarınna gəlir və xəstələrdən birinə aşiq olur. Bu isə onda yenidən həyat eşqi yaradır, ölməyinə bir neçə gün qaldığını bilərkən.

Dead Poets Society | Nancy H. Kleinbaum
Bu kitab ruhuma toxundu. Bir dəfəyə bitirdim və kitabdakı qəhramanların yaşadığı hissləri sanki mən də yaşadım. Baş rolda Robin Williamsın oynadığı eyni adlı kinosu olsa da, hələ də kinoya baxmamışam. Uşaqların sevimli dil ədəbiyyat müəllimləri onlara məktəb standartlarından kənar dərslər keçib həyata, yaradıcılığa, yaratmağa və hər anı dolu-dolu yaşamağa ilhamlandırır. Əsər 1988-ci ildə nəşr edilsə də, indiki dövr ilə çox da fərqlənmir. İndi də valideynlər və məktəb uşaqların bacarıqlarını kəşf etməkdənsə bir qəlibə, standarta yerləşdirməyə çalışırlar. Bəs bu yeniyetmələrə, həyatda özlərini tapmağa çalışan uşaqlara necə təsir edir?

Brave New World | Aldous Huxley
Uşaqlar dünyaya süni bətndə inkişaf edərək gəlirlər və doğuşdan sosiyal siniflərə bölünüb elə böyüdülürlər. Bu ölkədə ağrı, xəstəlik, köklük, imkansızlıq yoxdur. Yeni Meksikada isə hələdə təbii doğuşlar olan, ana-ata tərəfindən bpyüdülən uşaqlar olan, imkansızlıq, xəstəlik və ağrıların olduğu cəmiyyət var. İnsanlar isə ora turizmə gedirlər və o cəmiyyətə yazıq kimi baxırlar. Lakin, həqiqətən sevməyin, əlaqələr qurmağın, ailə olmağın qadağan olduğu bir dünyaa yaxşıdır yoxsa bu duyğuları yaşayıb yanında çətinliklərinin də görüldüyü bir dünya?

7 Deaths of Evelyn Hardscastle | Stuart Turton
Bu kitab ilk dinləyim audio kitabdır, nəfəsimi tut-tuta dinləmişdim. O qədər qarışıq hekayədir ki, hər anını oxuyaraq yaşamaq lazımdır deyə, heç süjeti yazmaq istəmirəm. Bir çox detektiv kitabı oxumuşam və siz də mənə qatılarsınız ki, adətən fərqli nəticələr, qatil kimdir düşüncələri kitab boyu ağlımıza gəlir. Bu kitab son anına kimi həyəcanını saxlamağı bacardı. Qatili bir yox, bir neçə qəhramanın gözündən tapmağa çalışırsınız kitabda. Dedektiv janrını, əsrarəngizliyi sevirsinizsə bu kitabı sizin də çox bəyənəciyinizi düşünürəm.

Flowers for Algernon | Daniel Keyes
Hekayə elmi bir araşdırmada test olunan Charlie Gordon adından yazılır. 31 yaşında İQ-su 68 olan Charlie yazmağı və oxumağı öyrənməyə belə çətinlik çəkir. Tək istəyi daha ağıllı olub özünə dostlar qazanmaqdır. Bir əməliyyat ilə Charlieni daha ağıllı edirlər. Lakin, bu əməliyyat ilk dəfədir ki, bir insan üzərində test edilirdi. Daha ağıllı olmaq isə ətraf mühiti daha yaxşı başa düşmək, ailən tərədfindən olunan rəftarın sevgi olmadığını, dost dedikləri tərəfindən olan rəftarın ələ salmaq olduğunu, insanların düşündüyündən daha qəddar olduğunu görmək ola bilər.

Alchemist | Paulo Coelho
Hekayə Andalusiyadan olan çobanın yuxusunda xəzinə tapmaq üçün Misir Piramidalarına getməli olduğunu görüb, o yuxunun arxasınca yola düşməyindən bəhs edir. Bu yolda isə başına çox fərqli hadisələr gəlir. Çoban bu yolda aldadılsa da, pulu oğurlansa da məyus olmur, yenidən güc yığıb hədəfi üçün çalışmağa başlayır. Dünyanın, havanın, günəşin, hər şeyin ruhunun olduğuna, və dünyadakı hər şeyin unudulan ortaq bir dili olduğuna inanır. Ən əsası da, özünə edə biləcəklərinə inanır. Düşünürəm bu kitab həyatda olduğu vəziyyətinə görə hər insana fərqli şeylər öyrədə bilər.

Recursion | Blake Crouch
Triller, Elmi bədii əsər janrında çox sevdiyim bir əsər oldu. Yazarın başqa kitablarını da gələn ilki kitab siyahıma əlavə etmişəm. Dünyada səhv yaddaş sendromu deyə bir xəstəlik yayılıb. Təsəvvür edin ki, səhər oyanırsınız birdən yadınıza düşür ki, sizin tamam başqa peşəniz var, ailəniz var, övladınız var, amma yoxdular. Ya da, birdən yadınışa düşür ki, siz uşaq vaxtı qəzada ölmüsünüz, ölümü xatırlayırsınız və həyat sizə real gəlmir. Heç kimsə bunun elmi səbəbini bilmir. Bəlkə də, onlar yanlış xatirələr yox dəfələrlə yaşanmış fərqli həyatlardır.

I Robot | Isaac Asimov
Əsər əslində yazarın kiçik hekayələrinin toplusudur. Bu hekayələr robot psixoloqu olan Dr. Susan Calvinin bir jurnalistə verdiyi müsahibədə danışırmış birləşdirilib və hər hekayə digərindən fərqlənir. Hekayələr isə, Asimovun kitabın ilk səhifəsində “2058-ci ildə nəşr olunmuş Robotikanın Əsasları kitabından olan Robotikanın Üç Qanunu” ətrafındadır. Robotların davranışı pozulduqda, və ya robotları yaradarkən bu qanunlardan hər hansı birinin pozulmasının yarada biləcəyi fəsadlardan bəhs edir. 1950-ci ildə nəşr olunmağına baxmayaq, izah olunan texnologiya, gündılik həyatda robotların rolu hələ də uzaq gələcəkdədir. Elmi bədii əsəsləri sevirsinizsə bu kitabı siyahınıza əlavə etməkdən peşman olmazsınız.