Bəzən durmadan yemək istəyi olur, xüsusi ilə də sağlam olmayan, qida planımızda olmayan qidaları yemək istəyirik. Bəs biz həqiqətən ac oluruq yoxsa bekarçılıqdan yemək istəyirik və yeyirik? 🤔
Fiziki ac olanda, bunu mədədən hiss edirik, zəiflik hissi, diqqətsizlik olur. Yemək yedikdən sonra özümüzü tam hiss edirik. Bu yemək hər hansı bir yemək ola bilər və çox seçici olmuruq. Amma sağlam qidaya üstünlük verməliyik.
Lakin, emosional aclıq, bekarçılıqdan ya da stresdən olan aclıq elə deyil. Yedikcə yemək hissi olur, xüsusi ilə də kaloriyalı, yüksək şəkəri zərərli yeməklər istəyirik🍔🍟🍕
Bekarçılıqdan yeyəndə, bir də bir tərəfdən bizi vicdan yeyir, onun stresi ilə daha çox yeyirik.
Yaxşı bəs bunları gec olmadan (dünyaları yemədən) öncə necə ayırd edək? 🤔
1.Özünə bu sualları ver ❔ Həqiqətən ac ola bilərəm? Axrıncı dəfə yeməyi neçədə yemişəm?
2.Su ya da bitki çayı iç . Çünki, bəzən aclıq, halsızlıq sadəcə susuzluqdandır.
3.Özünün necə hiss etdiyini bil 🙋 əsəbiyəm, stresdəyəm, yorğunam, küsmüşəm dünyadan və s.
Bu tip hisslər keçirirsinizsə sizə yeməkdən çox, fiziki hərəkət yaxşı gələcək 💃💃 Mütləq idman etməli deyilsiniz, şən bir mahnı qoyun, oynayın və ya sadəcə oppanın. Qısa müddətdə həm əhvalınız düzələcək həm də ani yemək istəyi keçəcək.
Xoşbəxtlik Layihəsi – Iyul ayı | TƏQVİM PDF
Gretchen Rubinin öz üzərində tədbiq edib daha sonra “Xoşbəxtlik layihəsi” kitabında paylaşdığı layihəni bu il öz həyatıma da təqbiq etmək qərarına gəldim. Kitabda Gretchen hər ayı bir mövzuya həsr edib o mövzü üzərində kiçik dəyişikliklər edərək həyatını daha rahat və xoşbəxt etməyə çalışır və buna nail olur. Mən də özüm üçün hər ay üzərində işləyəcəyim…
Şəxsi inkişaf » Özünü tanı və Dəyərlərinə uyğun hədəflər qur
Son zamanlar məndən tez-tez necə belə iradəli olduğumu soruşursunuz. İradəli olmağın altında isə düzgün özümüzə uyğun hədəf qurmaq dayanır. Bunu edə bilmək üçün isə özümüzü və dəyərlərimizi yaxşı tanımalıyıq. Sizə özümün də tədbiq etdiyi üsullara 4 hissəli program hazırladım. Hissə – Özünlə Müsahibə 2. Hissə – Johari Pəncərəsi
Xoşbəxtlik Layihəsi – Yanvar ayı | Təmizlik və Səliqə PDF
Gretchen Rubinin öz üzərində tədbiq edib daha sonra “Xoşbəxtlik layihəsi” kitabında paylaşdığı layihəni bu il öz həyatıma da təqbiq etmək qərarına gəldim. Kitabda Gretchen hər ayı bir mövzuya həsr edib o mövzü üzərində kiçik dəyişikliklər edərək həyatını daha rahat və xoşbəxt etməyə çalışır və buna nail olur. Mən də özüm üçün hər ay üzərində işləyəcəyim…