İdmandan sonra əzələ ağrısı

İdmandan sonra əzələlərin ağrayırsa deməli uzun müddətdir hərəkət etmirsən və ya öyrəşdiyindən daha çoxunu artıq ki, edə bilmisən 💪 . Yağlar əriyir və əzələlər mikroskopik ölçüdə inkişaf edir 😎 . Amma ağrı səni yoldan çıxartmasın. Bu ağrı adətən 2-3 gün sonra keçir.  Müxtəlif metodlarla əzələlərini daha sürətli bərpa edərək ağrıları tez azalda bilərsən.

Idmandan sonra əzələ ağrılarını azaltmaq üçün istifadə edə biləcəyin üsullar:

1. Idmandan sonra idman etdiyin bölgəyə uyğun dartınma hərəkətləri üçün vaxt ayır. Bu hərəkətlərin faydaları barədə bu linkə keçid alıb oxuya bilərsiniz.

2. Ağrıyan bölgələrə kafur və susam yağları ilə masaj edə bilərsiniz. Kafur yağı əzələ ağrısını azaldan ən yaxşı yağlardandır. Uçucu yağ olduğuna görə susam yağı ilə və ya zeytun yağı ilə qarışdıra bilərsiniz.

3. Idmandan sonra 2 saat ərzində sağlam zülallardan, yağlardan ibarət yemək yeyin. Düzgün qidalanaraq əzələləri daha sürətli bərpa edə bilərsiniz.

4. Idmandan dərhal sonra soyuq buz kimi duş almaq kömək. Lakin, buna öyrəşməmisinizsə duşda suyun temperaturunu yavaş-yavaş azalda bilərsiniz və dözə bildiyiniz soyuqluqda bir neçə saniyə də olsa qala bilərsiniz.

5. Hərəkətə davam edin. Hər nə qədər hərəkət etmək ağrılı olsa da hərəkət etdikcə əslində əzələlər daha tez bərpa olur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma