Gretchen Rubinin öz üzərində tədbiq edib daha sonra “Xoşbəxtlik layihəsi” kitabında paylaşdığı layihəni bu il öz həyatıma da təqbiq etmək qərarına gəldim. Kitabda Gretchen hər ayı bir mövzuya həsr edib o mövzü üzərində kiçik dəyişikliklər edərək həyatını daha rahat və xoşbəxt etməyə çalışır və buna nail olur.
Mən də özüm üçün hər ay üzərində işləyəcəyim mövzular seçdim. Yanvar ayının mövzusu təmzilik və səliqə idi.
Etdiklərimi sizin üçün PDF halında ediləcəklər siyahısı kimi düzəltdim ki, tədbiq etmək istəsəniz sizə yol göstərsin. Həm də əlavə olaraq aylıq çap edə biləcəyini su cədvəli də tərtib etdim.
Daha ətraflı isə aşağıdakı videoda izləyə bilərsiniz.