Gretchen Rubinin öz üzərində tədbiq edib daha sonra “Xoşbəxtlik layihəsi” kitabında paylaşdığı layihəni bu il öz həyatıma da təqbiq etmək qərarına gəldim. Kitabda Gretchen hər ayı bir mövzuya həsr edib o mövzü üzərində kiçik dəyişikliklər edərək həyatını daha rahat və xoşbəxt etməyə çalışır və buna nail olur.
Mən də özüm üçün hər ay üzərində işləyəcəyim mövzular seçdim. İyul ayının mövzusu MÜNASİBƏTLƏR idi.
Bu ay yaxınlarımın ad günlərini qeyd etmək üçün təqvim düzəltdim. Sizin üçün də çap edib işlədə biləcəyini nümunə hazırladım.
Daha ətraflı isə aşağıdakı videoda izləyə bilərsiniz.