Şəkərin gizli adları

Daha az şəkər qəbul etmək qərarı aldın və mağazalarda aldığın məhsulların tərkibinə baxıb, əlavə şəkər olanları almırsan 💃💃 Halbuki, bəzən istehsalçı firmalar şəkərin elə adlarından işlədir ki, biz aldanıb alırıq. Şəkərin 50dən çox adı var. Bu yazıda ən çox işlədilənləri paylaşmaq istədim. 1.Glucose / Fructose / Sucrose2.Lactose / Dextrose / Maltose / Galactose3.High Fructose Corn…

2019-cu ildə oxuyub sevdiyim 9 qeyri-bədii əsər

The Art of People | Dave Kerpen İnsanların həyat təcrübələrindən çıxardıqları dərsləri oxumağı sevirəm. Bəlkə, mənim həyat təcrübəm heç o dərsləri qarşıma çıxarmayacaq. Ətrafımda olan insanlarla yaxşı münasibət qurmaq vacibdir mənə. Yeni biri ilə tanış olanda qeyri-standart amma maraqlı nə suallar vermək olar, vacib bir görüşdə necə diqqət çəkmək, necə çıxış etmək, necə pis xəbəri…

2019-cu ildə oxuyub sevdiyim 9 bədii əsər

Do Androids Dream of Elecetronic Sheep | Philip K. Dick Dünya nüvə savaşlarının nəticəsində zədələnmiş, bir çox heyvanların radiasiya nəticəsində nəsli tükənmişdir və ya da nəsli tükənmək təhlükəsi ilə üz-üzədir. Beləcə heyvan sahibi olmaq yüksək səviyyə göstəricisidir. İnsanlar isə, robot heyvanlar alaraq statuslu olduğunu göstərməyə çalışır, bir yandan da həqiqəti qonşularından gizlədir. Əsl heyvan almaq…

İdmandan Sonra Əzələ Ağrısı

Təzə idmana başladıqda əzələ ağrıları normaldır💁. Hətta bu ağrılar 1-2 gün davam edə bilər. Lakin bir neçə məşqdən sonra bu ağrılar artıq olmur, və ya bir neçə saata keçir💆. Bu ağrıdan qorxmağa ehtiyac yoxdur🙅. Bu ağrını bəhanə edib idman etməmək isə sizə ancaq zərər verər‍ Çünki, əslində sağlam bədəndə belə ağrı olmalı deyil. Bir də…

Vegetarian Olmaq ya Olmamaq

Təbii ki, bu sizin öz qərarınızdır, və məncə səhv ya düz olanı yoxdur🙅. Lakin, əgər bu qərarı verisinizsə, tamamilə nə demək olduğunu bilməlisiniz öncə🤔. Bu sadəcə ət yeməmək demək deyil. Elm bitki mənşəli qidalanmanın bədən üçün faydalı olduğunu deyir. Lakin, bitki mənşəli qidalanmaq səni birbaşa sağlam etmir , burda da düzgün balansı tapmaq lazımdır. Ət…

Karbohidratlarla dost ol

Karbohidratları iki yerə ayırmaq olar, təbii və işlənmiş. Təbii karbohidratlar bir çox vitamin və minerallarla yanaşı, liflə də zəngindir. Lakin işlənmiş karbohidratlar bir çox qida dəyərini itirir. Beləcə onlara “boş, lazımsız” kaloriyalı qida kimi də baxa bilərsiniz. Əlavə edilmiş şəkər isə ən pis halıdır. Bir çox araşdırma göstərir ki, işlənmiş karbohidratların qəbulu obezlik və diabet…

Yulaflı sağlam çörək resepti

Evdə hazırlaya biləcəyiniz unsuz sadə bir çörək resepti paylaşmaq istəyirəm. Tərkibi: 1 ədəd yumurta  1 stəkanı qatıq 3 xörək qaşığı zeytun yağı 2,5 stəkan yulaf unu ( blenderdə yulafı un hallına gətirə bilərsiniz 1 ədəd xırda rəndələnmiş kök 1 stəkan kəsmik (istəyə görə şor) Bol şüyüd (miqdarı istəyə görə) 1 xörək qaşığı qabartma tozu 2…

Yoqada səhv etdiyimiz hərəkətlər

Evdə idman etmək çox gözəldir! İdmanı düzgün edəndə isə daha təsirli 😊 İşində təcrübəli Gülər İsmayılova bizə tələbələrinin adətən səhv etdiyi hərəkətləri, və onları necə düzgün edə biləcəyimizi göstərdi. Push up hərəkəti. Bu hərəkətdə bədəni tam düz tutmaq çox vacibdir ki, həm düzgün əzələlər işləsin, həm də zədələnmələr olmasın. (altdakı şəkil düzgün versiyadır) Plank ən…

Yağda yemək bişirmək sağlamdırmı?

Yağda yemək bişirmək ən müzakirəli mövzulardan biridir. Ona görə bu mövzuda, araşdırmalarıma əsasən gəldiyim qərarları sizinlə bölüşmək istədim. 1.Ən idealı buxarda bişən yeməkdir. 2.Yağlar bizim üçün vacibdir. Lakin, bişirmək və qızartmaq arasında fərq var. Artıq yağ rəngini dəyişirsə, buxar çıxarırsa o qızarmış, yanmış yağdır, daha doğrusu kanserojendir. Kanserojen xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olan maddələrə…

Qaçmağa başlayanlara 5 məsləhət.

Qaçmağa başlamağa qərar verdin. Təbriklər!! Bəs necə başlamalı? Bu 5 məsləhət yeni başlayarkən sənə kömək olacaq. 1.İlk qaçışın nə qədər sürətli olmalıdır? Nə qədər məsafə getməlisən? Bəs ara verə bilərsən? İlk qaçış üçün ideal vaxt 30 dəqiqədir. Sürətli qaçmaqdansa yavaş qaç. Enerjini sona qədər bərabər bölməyə çalış. İlk qaçışını intervallarla et. Məsələn; 30 dəqiqə; 4…