Protein tozu necə seçməli

Əzələlərin böyüməsi, güclənməsi, bədənin performansının artması üçün zülalın rolu əvəz olunmazdır. Bədənə aktiv həyat tərzi keçirəndə, idman edəndə zülal tərkibli yeməklərlə yanaşı digər mənbələrdən də zülal tələb olunur. Bu zaman üz tuturuq protein tozlarına. Protein növləri: Concentrate – 70-80% zülaldan ibarət olur. Qalan hissəsini minerallar, yağlar və karbohidratlar təşkil edir. İsolates – 90% zülaldan ibarət…

Düzgün kardio idmanı seç

Etdiyin heç bir işi səbəbsiz, etmək naminə etmə. Bu idmana da aiddir. İdmana başlamaqdan öncə hədəflərini və maneələrini təyin et. Bu yazı sənin hədəfinə görə kardio idmanı seçməyinə kömək edəcək. Səhv seçilmiş program ən yaxşı halda hədəfinə geç çatdıracaq səni, pis halda isə güclə qazandığın əzələlərin itkisinə səbəb ola bilər. Kardio növləri: 1. Adi kardio…

Şəkərsiz qidalanma

Şəkəri həyatından çıxarsan bunlar baş verəcək: 1. Daha xoşbəxt olacaqsan – Yüksək şəkər qəbulu narahatlığa və depressiyaya çıxarır. Organizmin streslə başa çıxa bilmək qabiliyyətini pozur, dopamin kimi əhval-ruhiyyəni artırıcı kimyəvi maddələrdən təmizləyir. 2. İmmun sisteminə yaxşılıq etmiş olacaqsan – Şəkər organizmin infeksiyalarla və xəstəliklərlə mübarizə etmə gücünü azaldır. 3. Diqqətin güclənəcək – Şəkər öyrənmə və yaddaş kimi zehni…

Payız Ədviyyatları

Payız vaxtı həm içinizi isidəcək həm də sağlamlığınızın qeydinə qalacaq 4 ədviyyat: 1. Zəncəfil İmmun sistemi gücləndirir Həzm sistemini dəstəkləyir Ürək xəstəliklərindən qoruyur Ağrıları azaldır Xolesterolu azaldır Ürək bulantını alır Göbələklərdən qoruyur İltihablanmadan qoruyur Xərcənglə mübarizə edir 2. Darçın Antioksidan mənbəyidir Ürək xəstəliklərindən qoruyur Diabetlə mübarizə edir Beyin funksiyalarını qoruyur İnfeksiya və mikroblara qarşıdır Dəri…

Axşam çox yeməməyin sirləri

Səhər yeməyi avokado dilimləri və yumurta, günorta yeməyi salat və buxarda bişmiş toyuq, axşam yeməyi isə pizza, kartof qızartması və dondurma. Uuups. Tanış gəlir? Bütün günü sağlam qidalanmaq çətindir. Yorğun bir günün sonunda evə gələndə soyuducuya hücum etməyini başa düşürəm. Amma axşam həddindən artıq çox yemək kökəlməyə, şişkinliyə və yuxu problemlərinə səbəb olur. Aşağıdakı məsləhətlərlə hər…

Healthy – Yeganə Qəhrəman

Bu dəfə sağlam insanlar bölməsində gənc bit bloggerdən yazmaq qərarına gəldim. 23 yaşlı Yeganə xanım 2015-ci ilin yaz aylarından başlayaraq sağlam həyat yaşayır. Bu ilin əvvələrində isə Actmood (instagram) blogunu açaraq başqalarında da maraq yaratmağa çalışır. Sağlam həyata baxışı məni daha da ilhamlandırdı. Əminəm ki, sizdə onu tanıdıqca yaşadığı həyat tərzinə həvəsiniz artacaq. Niyə sağlam…

Düzgün Geyimin İdmanda Əhəmiyyəti

Ingilis dilində belə bir deyim var – “dress for success”. Yəni əldə etmək istədiyin uğura uyğun geyin. Bu idmana da aiddir. Seçdiyin geyim sənin etdiyin idmanın effektivliyinə təsir edir. Xaricdə idman zalına girmək üçün geyim şərtlərinə uyğun olmalısan, əks halda ödəniş etsən belə səni zala buraxmamaq hüquqları var. Azərbaycanda zallarda bu ciddiyyət yoxdur (təəssüfki). Çöldə…

Kokos Yağı

Kokos yağının sağlamlığa bir çox faydası vardır. Bunlardan bəziləri dəriyə qulluq, saça qulluq, arıqlamaq və xəstəliklərə qarşı gücləndirməsidir. İnsanlar bu möcüzəvi yağ haqqında məlumatlandıqca dünyada kokos yağı daha da məşhurlaşdır. Gəlin bu yağın bəzi faydalarını və istifadə yerlərini öyrənək. Dəriyə qulluq. Kokos yağı bütün növ dərilərə uyğun nəmləndirici masaj yağıdır. Bundan əlavə, sədəf və ekzema…

Bitki çayları və faydaları

Çay əvəz olunmazdır, bitki çayı daha da əvəz olunmazdır. Bunlar gündəlik həyatda istifadə etdiyim çayların bir qismidir. Hər bir bitki çayının bir xəstəliyə faydası vardır. Mən isə bu çayları çox vaxt rahatlamaq və dadmaq üçün içirəm. Ümid edirəm siz də həyatınızda onlara yer açarsınız. Matcha Çayı Matcha yaşıl çayı keyfiyyəti və saysız faydaları ilə məşhurdur.…

Qaydaları özün qoy

Daha sağlam, daha xoşbəxt bir həyat səni geri atan, əhvalını pozan şeyləri özündən uzaqlaşdıranda başlayır. Bu gözünə çox xırda görünən adi və ya məcbur olduğunu düşündüyün gözündə böyütdüyün bir şey ola bilər. Unutmaki fər bir fərd başqadır. Hamının standart qaydalarına əməl etməkdənsə öz qaydalarını özün qoy. Hədsiz dərəcədə tez-tez çəkini ölçməyi tərgid. Son iki saatda…